Tarix:30/06/14
Bu barədə məlumat verən "Mədəd Azərbaycan" təşkilatından qeyd edilib ki, 2013-2014-cü tədris ilində "Fənlər üzrə Elektron Təhsil Resursları" təlimlərində Azərbaycanın 12 rayonu və Bakının 11 ümumtəhsil məktəbinin ümumilikdə 660 müxtəlif fənn müəllimi təlim keçib:
"48 saatlıq təlimdə müəllimlər tədris etdikləri fənlər üzrə elektron resurs hazırlamağın yollarını öyrənib, elektron təhsil resurslarının təsnifatı, xarakteri haqqında məlumatlar əldə edib, "MS Office" proqramlarının, "Veb 2.0" alətlərinin və müxtəlif internet resurslarının imkanlarından istifadə etməklə resurs hazırlayıb, praktik olaraq hazırladıqları resursları öz şəxsi bloqlarında və müəllimlər üçün sosial şəbəkələrdə paylaşıblar. Təşkilatımız sürətlə inkişaf edən texnologiyalar dövründə ardıcıl olaraq araşdırmalar aparır və elektron resursların təhsildə yeni imkanları istiqamətində təlim paketini daima təkmilləşdirir. Bu məqsədlə də gələcəkdə təlim paketinə yeni proqramların daxil edilməsi nəzərdə tutulur".
Həqiqət İSABALAYEVA
Müəllimlər üçün nəzərdə tutulan “Fənlər üzrə Elektron Təhsil Resursları” təlim paketinə yeni proqramlar daxil ediləcək
Təhsil Nazirliyi və "Mədəd Azərbaycan" təşkilatı tərəfindən həyata keçirilən "Fənlər üzrə Elektron Təhsil Resursları" təlim paketinə yeni proqramlar daxil ediləcək. Təlimdə iştirak edən müəllimlər bu proqramların təhsildə imkanları ilə tanış olaraq hazırladıqları resurslarda bu imkanlardan istifadə edəcəklər.Bu barədə məlumat verən "Mədəd Azərbaycan" təşkilatından qeyd edilib ki, 2013-2014-cü tədris ilində "Fənlər üzrə Elektron Təhsil Resursları" təlimlərində Azərbaycanın 12 rayonu və Bakının 11 ümumtəhsil məktəbinin ümumilikdə 660 müxtəlif fənn müəllimi təlim keçib:
"48 saatlıq təlimdə müəllimlər tədris etdikləri fənlər üzrə elektron resurs hazırlamağın yollarını öyrənib, elektron təhsil resurslarının təsnifatı, xarakteri haqqında məlumatlar əldə edib, "MS Office" proqramlarının, "Veb 2.0" alətlərinin və müxtəlif internet resurslarının imkanlarından istifadə etməklə resurs hazırlayıb, praktik olaraq hazırladıqları resursları öz şəxsi bloqlarında və müəllimlər üçün sosial şəbəkələrdə paylaşıblar. Təşkilatımız sürətlə inkişaf edən texnologiyalar dövründə ardıcıl olaraq araşdırmalar aparır və elektron resursların təhsildə yeni imkanları istiqamətində təlim paketini daima təkmilləşdirir. Bu məqsədlə də gələcəkdə təlim paketinə yeni proqramların daxil edilməsi nəzərdə tutulur".
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1260
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır