12px13px15px17px
Tarix:30/06/14

Avropa kosmosa nəhəng rentgen teleskopu göndərəcək

Avropa bəşəriyyət tarixində nəhəng rentgen teleskopun yaradılmasına yönələn layihəyə başlayıb. Belə ki, uzunluğu 12 m, çəkisi 5 ton təşkil edən “Athena” kosmik aparatının 2028-ci ildə orbitə buraxılması planlaşdırılır.
 
Layihə Avropa Kosmik Agentliyinin (ESA) Elmi proqramlar komitəsi tərəfindən Tuluzada (Fransa) keçirilən görüşündə təsdiq olunub. Layihənin həyata keçirilməsi 1 milyard dollar dəyərində qiymətləndirilir.
 
Kosmosa nəhəng rentgen aparatın buraxılması üzrə layihəyə son qərarın komitənin 2019-cu ildə keçiriləcək növbəti iclasında veriləcəyi gözlənilir. “Athena” daha uzun dalğalarda müşahidələr aparan “Square Kilometre Array” və “European Extremely Large Telescope” kimi böyük teleskopların oxşarı olmaqla növbəti nəsil rəsədxana kimi qələmə verilir.  
 
“Athena”-nın həssaslığı hazırkı ən yaxşı “Chandra” və “XMM-Newton” kosmik rentgen aparatları ilə müqayisədə yüz dəfə artırılacaq. Yeni aparat kosmosun dərinliklərini müşahidə etməyə imkan verəcək qabaqcıl optika və detektorlarla təchiz ediləcək.
 
“Athena” qalaktikaların yaranma prosesini, eləcə də onların mərkəzində yerləşən böyük “qara dəliklər”in mənşəyini və inkişafını tədqiq edəcək. Bu proseslərin hamısı elektromaqnit şüalanması spektrinin rentgen hissəsindəki yüksək enerji ilə əlaqədardır.
 
“Athena”-nın kosmosa “Ariane 5” raketdaşıyıcısı ilə çıxarılması nəzərdə tutulur. Lakin problem ondadır ki, 2028-ci ilədək bu raket istehsaldan çıxarıla bilər. Bu səbəbdən Avropa qeyd olunan vaxtadək “Ariane 6” raketdaşıyıcısını hazırlamaq niyyətindədir, - "Hi-Tech News www.hi-news.ru”  yazır.  



Baxış sayı: 457

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2020

19 02 2020

19/02/20
“Microsoft” korporasiyası “Windows 10” üçün yeniləmənin təhlükəli olduğunu etiraf edib

“Microsoft” korporasiyası sistemdə problemlər yaradan “Windows 10” yeniləməsini geri çağırıb.

19/02/20
“Windows 7” istifadəçiləri kütləvi hücuma məruz qalıblar

Kibertəhlükəsizlik üzrə mütəxəssislər “Windows 7” sisteminin idarəetməsi altında işləyən sistemlərə qarşı

19/02/20
2 ildən sonra smartfonları enerji ilə doldurmağa ehtiyac qalmayacaq

Kvant nöqtələrinə malik plyonka əsasında işığın enerjiyə çevrilməsi üçün yeni texnologiya ilə təchiz

19/02/20
Dünya İKT bazarının həcmi 4,30 trilyon dollara çatacaq

“International Data Corporation” (IDC) şirkəti 2020-ci ildə dünya informasiya-kommunikasiya texnologiyala

19/02/20
“Microsoft” korporasiyası “Android” üçün “Office” çoxfunksiyalı proqramını təqdim edib

“Microsoft” korporasiyası bir neçə il mobil qurğuların istifadəçilərinə öz sənəd, cədvəl və təqdimatların

19/02/20
Dünyada ən yaxşı ekrana malik smartfon məlum olub

Displeylərin yoxlanılması ilə məşğul olan “DisplayMate” şirkətinin mütəxəssisləri “Samsung Galaxy S20 Ult

19/02/20
Yer üçün təhlükəli asteroidlərin axtarışı üçün mexanizm yaradılıb

Niderlandın tədqiqatçılar qrupu Yer kürəsi üçün təhlükə törədən asteroidlərin axtarışı ilə məşğul olan ne

19/02/20
Kütlədə insanların bədən temperaturunu ölçən robotlar hazırlanıb

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temper

19/02/20
Koronavirus “Apple” şirkətinə ziyan vurub

“Apple” şirkəti Çində yayılan ölümcül koronavirusla əlaqədar 2020-ci ildə rüblük gəlir göstəric