12px13px15px17px
Tarix:30/06/14

Təhsil texnologiyalarının tətbiqi üzrə müəllimlərə əyani və distant formada yardım edəcək mentorların hazırlanması üzrə təlimlərdə 210 nəfər iştirak edib

Ötən tədris ili ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd Azərbaycan” təşkilatı tərəfindən həyata keçirilən layihə - “Həmkara Dəstək” təlimlərində Azərbaycanın 11 rayonu və Bakının 4 ümumtəhsil məktəbinin ümumilikdə 210 müxtəlif fənn müəllimi iştirak edib.
 
 
 Təşkilatdan qeyd edilib ki, 48 saatlıq təlim paketi ilə tədris olunan “Həmkara Dəstək” proqramı dünyanın 60-dan çox ölkəsində uğurla həyata keçirilib. Azərbaycanda ilk olaraq bu layihəni 2011-ci ildən “Mədəd Azərbaycan” təşkilatı reallaşdırır. Qeyd edək ki, ümumi təhsil məktəblərində müəllim həmkarlarına həm pedaqoji, həm də tədris prosesinə təhsil texnologiyalarının tətbiqi üzrə əyani və distant formada yardım edə biləcək peşəkar mentorların hazırlanması istiqamətində keçirilən bu təlim müəllimlərin böyük marağına səbəb olub.
 
Layihə çərçivəsində müəllimlərlə əməkdaşlıq yaradılmasında mühüm rol oynayan ünsiyyət bacarıqlarına malik, öz məktəblərində digər müəllimlərlə əməkdaşlıq etməyi, onların ehtiyaclarını müəyyən etməyi bacaran, öz ideyaları və təcrübəsi üzərində düşünməyin yollarını, dərs planının qiymətləndirilməsi üçün meyarların müəyyən edilməsini, dərs planının təkmilləşdirilməsini aşılaya bilən şəxslərin mentor olaraq seçilməsi və gələcəkdə bu istiqamətdə fəaliyyəti nəzərdə tutulub.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 591

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024