12px13px15px17px
Tarix:30/06/14

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemləri və ehtiyatlarının ilkin siyahısı hazırlanıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2014-cü il tarixli 118 nömrəli qərarı ilə “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı” təsdiq edilib. Bu qərar portalın səmərəli fəaliyyəti və inkişafına bilavasitə təsir göstərəcək.
 
 
Bununla əlaqədar, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) təşəbbüsü ilə 03.06.2014-cü il tarixində Ədliyyə Nazirliyində, 04.06.2014-cü il tarixində isə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilmiş birgə görüşlərdə portala inteqrasiya edilməli servislərin ilkin siyahısı hazırlanıb. Ədliyyə Nazirliyi və ƏMDK tərəfindən servislər hazırlanıb təqdim edildikdən sonra həmin servislərin qısa müddət ərzində portal üzərindən aidiyyəti qurumlara qoşulması MHM tərəfindən təmin ediləcək. Digər qurumlarla da analoji tədbirlərin həyata keçirilməsi və qeyd olunan qərarın icrasının mümkün qədər qısa zamanda başa çatdırılması planlaşdırılır.
 
 
Dövlət qurumları tərəfindən müvafiq servislər hazırlanıb portala inteqrasiya olunduqdan sonra, vətəndaşların elektron xidmətlərdən istifadə zamanı sənədlərin skan edilərək portala göndərilməsi zərurəti aradan qalxacaq. Belə ki, vətəndaşın portalda autentifikasiya (loqin-parol, e-imza və s. vasitələrlə) olunması kifayət edəcək ki, ona aid sənədlər aidiyyəti dövlət qurumlarının məlumat bazasından avtomatik əldə olunsun.  
 
Ümumiyyətlə, bu proses başa çatdıqdan sonra dövlət qurumları e-xidmətlərin göstərilməsi zamanı digər qurumların informasiya sistemlərindən “Elektron hökumət” portalı vasitəsilə lazımi məlumatı onlayn rejimdə əldə edə biləcəklər və bununla da əhaliyə göstərilən e-xidmətlərin elektronlaşma səviyyəsi, çeşidi və keyfiyyəti yüksəlmiş olacaq. Nəticədə əhalinin “Elektron hökumət” portalından daha səmərəli istifadəsi üçün şərait yaranmış olacaq, onların portaldan istifadəyə marağı isə daha da artacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024