Tarix:30/06/14
Hal-hazırda abunəçilər həm Hökumət Ödəniş Portalı (apus.az) vasitəsilə, həm də respublika ərazisində fəaliyyət göstərən bütün bankların filiallarında və şöbələrində rabitə xidmət haqlarını rahatlıqla ödəyə bilirlər. 2014-cü ilin mart ayından istifadəyə verilən bu xidmət əhalinin marağına səbəb olmuşdur və statistika göstərir ki, qısa müddət keçməsinə baxmayaraq bu sistem vasitəsilə aparılan ödənişlərin həcmi durmadan artmaqdadır.
Eyni zamanda abunəçilərin rahatlığının təmin edilməsi üçün servis yaradılıb və telefon nömrəsini kompüterə daxil edərkən avtomatik olaraq həmin abunəçinin kommunal kodları və borc məbləğləri ekranda əks olunur.
Beləliklə də kommunal kodların yadda saxlanılmasına ehtiyac qalmır və təkcə telefon nömrəsini daxil etməklə həm rabitə, həm də kommunal xidmətlərin ödənilməsi mümkün olur.
Bu xidmətin bir üstünlüyü də ondadır ki, yığılan vəsait həmin gün avtomatik olaraq aidiyyəti telekommunikasiya müəssisəsinin bank hesabına köçürülür və debitor yaranmır.
Həqiqət İSABALAYEVA
Ölkənin bütün banklarında rabitə xidmət haqlarının ödənilməsi mümkündür
Ölkə vətəndaşlarının rahatlığının təmin edilməsi məqsədilə, respublika ərazisində fəaliyyət göstərən banklarda rabitə xidmət haqlarının qəbul edilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi tərəfindən xüsusi proqram təminatı hazırlanıb və ölkədə fəaliyyət göstərən bütün banklar bu sistemə qoşulub.Hal-hazırda abunəçilər həm Hökumət Ödəniş Portalı (apus.az) vasitəsilə, həm də respublika ərazisində fəaliyyət göstərən bütün bankların filiallarında və şöbələrində rabitə xidmət haqlarını rahatlıqla ödəyə bilirlər. 2014-cü ilin mart ayından istifadəyə verilən bu xidmət əhalinin marağına səbəb olmuşdur və statistika göstərir ki, qısa müddət keçməsinə baxmayaraq bu sistem vasitəsilə aparılan ödənişlərin həcmi durmadan artmaqdadır.
Eyni zamanda abunəçilərin rahatlığının təmin edilməsi üçün servis yaradılıb və telefon nömrəsini kompüterə daxil edərkən avtomatik olaraq həmin abunəçinin kommunal kodları və borc məbləğləri ekranda əks olunur.
Beləliklə də kommunal kodların yadda saxlanılmasına ehtiyac qalmır və təkcə telefon nömrəsini daxil etməklə həm rabitə, həm də kommunal xidmətlərin ödənilməsi mümkün olur.
Bu xidmətin bir üstünlüyü də ondadır ki, yığılan vəsait həmin gün avtomatik olaraq aidiyyəti telekommunikasiya müəssisəsinin bank hesabına köçürülür və debitor yaranmır.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 909
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı