Tarix:30/06/14
Reytinqə istehsal, malların bölüşdürülməsi və utilizasiyası zamanı bütün ekoloji normalara əməl edən iri şirkətlər daxildir. "Interbrand" əməkdaşları brendin ekoloji təmiz müəssisə kimi qəbul edilməsini qiymətləndirərək on min nəfər arasında müvafiq sorğu keçirirlər.
Ətraf mühitin qayğısına daha çox qalan şirkətlər siyahısında ilk üç yeri "Ford", "Toyota" və "Honda" avtomobil istehsalçıları tutub. Ən yaxşılar beşliyinə Yaponiyanın il ərzində bir pillə geriləmiş "Panasonic" elektronika istehsalçısı daxildir. Finlandiyanın "Nokia" şirkəti isə əksinə, bir il əvvəlki doqquzuncu yerə nisbətdə altıncı yerdə qərarlaşaraq reytinqdə mövqeyini yaxşılaşdırıb. Bundan başqa, son tədqiqatda yeddinci yerdə olan "Sony" şirkəti dörd pillə irəliləyə bilib. "Dell" şirkəti onuncu yeri tutmaqla əvvəlki yerində qalıb.
"Samsung Electronics" şirkəti elektronikanın utilizasiyası və ekoloji təmiz qablaşdırmalardan istifadə üzrə effektiv proqram sayəsində TOP-10-a yaxınlaşmağa nail olub. Bundan əlavə, ekspertlər Cənubi Koreya istehsalçısı tərəfindən başlıca məqsədi Afrikada səhiyyə və təhsil sahəsinin inkişafının təmin edilməsi olan "Digital Villages" (Rəqəmli kəndlər) layihəsini xüsusi qeyd ediblər. Bu kəndlər üçün əsas enerji mənbəyi günəş enerjisi olacaq.
"50 Best Global Green Brands" siyahısına həmçinin "Intel" (15-ci yer), "Hewlett-Packard" (17) və "Apple" (21) kimi texnoloji şirkətlər daxildir, - "DailyComm www.dailycomm.ru" yazır.
Dünyanın ən təmiz şirkətlərinin adları açıqlandı
İntellektual mülkiyyətin qiymətləndirilməsində ixtisaslaşan "Interbrand" beynəlxalq konsaltinq agentliyi 50 ən "yaşıl" şirkət (50 Best Global Green Brands) reytinqinin yeni redaksiyasını tərtib edib.Reytinqə istehsal, malların bölüşdürülməsi və utilizasiyası zamanı bütün ekoloji normalara əməl edən iri şirkətlər daxildir. "Interbrand" əməkdaşları brendin ekoloji təmiz müəssisə kimi qəbul edilməsini qiymətləndirərək on min nəfər arasında müvafiq sorğu keçirirlər.
Ətraf mühitin qayğısına daha çox qalan şirkətlər siyahısında ilk üç yeri "Ford", "Toyota" və "Honda" avtomobil istehsalçıları tutub. Ən yaxşılar beşliyinə Yaponiyanın il ərzində bir pillə geriləmiş "Panasonic" elektronika istehsalçısı daxildir. Finlandiyanın "Nokia" şirkəti isə əksinə, bir il əvvəlki doqquzuncu yerə nisbətdə altıncı yerdə qərarlaşaraq reytinqdə mövqeyini yaxşılaşdırıb. Bundan başqa, son tədqiqatda yeddinci yerdə olan "Sony" şirkəti dörd pillə irəliləyə bilib. "Dell" şirkəti onuncu yeri tutmaqla əvvəlki yerində qalıb.
"Samsung Electronics" şirkəti elektronikanın utilizasiyası və ekoloji təmiz qablaşdırmalardan istifadə üzrə effektiv proqram sayəsində TOP-10-a yaxınlaşmağa nail olub. Bundan əlavə, ekspertlər Cənubi Koreya istehsalçısı tərəfindən başlıca məqsədi Afrikada səhiyyə və təhsil sahəsinin inkişafının təmin edilməsi olan "Digital Villages" (Rəqəmli kəndlər) layihəsini xüsusi qeyd ediblər. Bu kəndlər üçün əsas enerji mənbəyi günəş enerjisi olacaq.
"50 Best Global Green Brands" siyahısına həmçinin "Intel" (15-ci yer), "Hewlett-Packard" (17) və "Apple" (21) kimi texnoloji şirkətlər daxildir, - "DailyComm www.dailycomm.ru" yazır.
Baxış sayı: 1266
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır