Tarix:30/06/14
Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ildə qlobal İT xərclərinin həcmi 2,1% artaraq 3,7 trilyon dollaradək çatacaq. Halbuki əvvəl 3,2% səviyyəsində artım proqnozlaşdırılıb.
Mütəxəssislər ümid edirlər ki, cari ildə İT xidmətlər bazarında mədaxil ötənilki ilə müqayisədə 3,8% artaraq 967 milyard dollara çatacaq. Bu seqmentdə İT autsorsinq xidmətlərinə sərf olunan xərclərin həcmi "bulud" xidmətləri provayderlərinin arasındakı qiymət "müharibəsi" səbəbindən azalır.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü ildə korporativ proqram təminatının satış həcmi gözlənildiyi kimi, 6,9% artaraq 321 milyard dollar təşkil edəcək. İnfrastruktur proqram təminatı bu artım üçün imkan yaradacaq. Yaxın illərdə "əşyaların interneti" bazarının sayəsində proqram təminatına tələbat artacaq.
2014-cü ilin nəticəsinə görə, analitiklər data mərkəzlərə xərclərin 0.4% artaraq 140 milyard dollar olacağını gözləyirlər. Bu seqmentdə "bulud" xidmətlərindən istifadə və bahalı server sistemlərindən imtinaya görə investisiyanın həcmi yüksəlmir.
Qurğuların satış həcminə gəlincə isə cari ildə bu seqment 685 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 1,2% yüksəkdir. Analitiklər telefon və planşetlərin qiymətinin azalmasını zəif artıma səbəb kimi göstəriblər.
İT sahənin ən böyük seqmenti sayılan telekommunikasiya xidmətlərinə sərf olunacaq xərclərin həcmi 0.7% artacaq.
Emil Hüseynov
Analitikləri İT bazarı üzrə proqnozları yenidən qiymətləndirməyə nə vadar etdi?
"Gartner" tədqiqat şirkəti qlobal informasiya texnologiyaları (İT) bazarı üzrə proqnozunu 33% azaldıb. Ekspertlər rəqabətin kəskinləşməsi nəticəsində istehsalçıların məhsullarının qiymətini azaltmasını səbəb kimi göstərib.Analitiklərin qiymətləndirməsinə görə, 2014-cü ildə qlobal İT xərclərinin həcmi 2,1% artaraq 3,7 trilyon dollaradək çatacaq. Halbuki əvvəl 3,2% səviyyəsində artım proqnozlaşdırılıb.
Mütəxəssislər ümid edirlər ki, cari ildə İT xidmətlər bazarında mədaxil ötənilki ilə müqayisədə 3,8% artaraq 967 milyard dollara çatacaq. Bu seqmentdə İT autsorsinq xidmətlərinə sərf olunan xərclərin həcmi "bulud" xidmətləri provayderlərinin arasındakı qiymət "müharibəsi" səbəbindən azalır.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2014-cü ildə korporativ proqram təminatının satış həcmi gözlənildiyi kimi, 6,9% artaraq 321 milyard dollar təşkil edəcək. İnfrastruktur proqram təminatı bu artım üçün imkan yaradacaq. Yaxın illərdə "əşyaların interneti" bazarının sayəsində proqram təminatına tələbat artacaq.
2014-cü ilin nəticəsinə görə, analitiklər data mərkəzlərə xərclərin 0.4% artaraq 140 milyard dollar olacağını gözləyirlər. Bu seqmentdə "bulud" xidmətlərindən istifadə və bahalı server sistemlərindən imtinaya görə investisiyanın həcmi yüksəlmir.
Qurğuların satış həcminə gəlincə isə cari ildə bu seqment 685 milyard dollar təşkil edəcək ki, bu da ötən illə müqayisədə 1,2% yüksəkdir. Analitiklər telefon və planşetlərin qiymətinin azalmasını zəif artıma səbəb kimi göstəriblər.
İT sahənin ən böyük seqmenti sayılan telekommunikasiya xidmətlərinə sərf olunacaq xərclərin həcmi 0.7% artacaq.
Emil Hüseynov
Baxış sayı: 578
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır