12px13px15px17px
Tarix:30/06/14

Xələf Xələfov: “Dövlət strukturlarının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədi ilə vətəndaşlara göstərilən dövlət xidmətləri elektronlaşdırılır”

Xarici işlər nazirinin müavini Xələf Xələfov, "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda konfransda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Beynəlxalq antikorrupsiya akademiyasının icraçı direktoru Martin Kreutnerlə görüşüb.
 
Görüşdə nazir müavini Azərbaycan Respublikası Hökuməti tərəfindən milli və beynəlxalq səviyyədə korrupsiyaya qarşı mübarizəyə xüsusi önəm verildiyini qeyd edərək bildirib ki, qlobal xarakter daşıyan bu təhlükəyə qarşı beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla Beynəlxalq antikorrupsiya akademiyası arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edən XİN rəsmisi korrupsiyaya qarşı mübarizə sahəsində milli səviyyədə görülmüş tədbirlərdən danışıb.
 
X.Xələfov ümumilikdə dövlət strukturlarının fəaliyyətində şəffaflığın təmin edildiyini, Vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə dövlət agentliyi – "ASAN" xidmətin yaradıldığını, vətəndaşlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırıldığını və Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzdində  Korrupsiyaya qarşı baş mübarizə idarəsinin təsis edildiyini diqqətə çatdırıb.
 Martin Kreutner Azərbaycanın Beynəlxalq antikorrupsiya akademiyası ilə əməkdaşlığının yüksək qiymətləndirildiyini və Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsindəki milli təcrübəsinin təqdirəlayiq olduğunu bildirib.
 
O, ölkəmizin Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində korrupsiyaya qarşı mübarizənin prioritet istiqamətlərdən biri kimi bəyan etməsinin və bu çərçivədə bu gün Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusundakı konfransın keçirilməsinin və eləcə də ölkəmizin Beynəlxalq antikorrupsiya akademiyasının üzv dövlətlərinin assambleyasının III sessiyasına ev sahibliyi etməsinin Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq səyləri yaxından dəstəkləməsinin bariz nümunəsi olduğunu vurğulayıb.
 
 
 
SEYMUR



Baxış sayı: 485

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024