Tarix:30/06/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Dövlət Xidmətinin rəsmi saytında “http://www.seferberlik.gov.az/elektron/military” hərbi qulluğa çağırılanlar gələcək əsgərliklərini harada yerinə yetirəcəkləri haqda internet vasitəsi ilə məlumat ala bilərlər.
Bunun üçün hərbi qulluğa çağırılanın müəyyən məlumatlarını daxil etməklə onun gələcəkdə harada hərbi xidmət keçməyini bilmək olar.
Saytın müvafiq bölməsinə daxil olaraq Azərbaycan dilində çağırılanın adını, soyadını, doğum tarixini və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Qulluğa Çağırış üzrə Dövlət Xidmətinin şöbəsini göstərmək lazımdır.
Ötən il iyulun 1-dən etibarən Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi saytında hərbi xidmətə çağırılanlar haqda məlumatın verilməsi üzrə elektron xidmət təqdim edilib.
Bununla yanaşı, cinsi kişi olan abituriyentlərin həqiqi hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsi istiqamətində Xidmət tərəfindən işlər aparılır, elektron bazanın yaradılması işləri başa çatdıqdan sonra qeyd olunan məsələ abituriyentlərin hərbi xidmətdən möhlət üzrə avtomatlaşdırılmış sistemi hazırlanmaqla öz həllini tapacaq.
Vətəndaşların işlərini asanlaşdırmaq üçün 4 yeni elektron xidmət tətbiq edilib. Hazırda hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılır.
Məlumat üçün bildirək ki, sadalananlardan savayı, vətəndaşlar itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi, həmçinin arxiv arayışlarının alınması üçün SHÇDX-yə birbaşa təmasda olmadan, elektron müraciət edə biləcəklər.
Aynur Vəliyeva
Vətəndaşlar itirilmiş hərbi biletlərin yenisi ilə əvəz edilməsi üçün elektron formada müraciət edə biləcəklər
Azərbaycanın Səfərbərlik və Hərbi Qulluğa Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət təqdim edib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Dövlət Xidmətinin rəsmi saytında “http://www.seferberlik.gov.az/elektron/military” hərbi qulluğa çağırılanlar gələcək əsgərliklərini harada yerinə yetirəcəkləri haqda internet vasitəsi ilə məlumat ala bilərlər.
Bunun üçün hərbi qulluğa çağırılanın müəyyən məlumatlarını daxil etməklə onun gələcəkdə harada hərbi xidmət keçməyini bilmək olar.
Saytın müvafiq bölməsinə daxil olaraq Azərbaycan dilində çağırılanın adını, soyadını, doğum tarixini və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Qulluğa Çağırış üzrə Dövlət Xidmətinin şöbəsini göstərmək lazımdır.
Ötən il iyulun 1-dən etibarən Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi saytında hərbi xidmətə çağırılanlar haqda məlumatın verilməsi üzrə elektron xidmət təqdim edilib.
Bununla yanaşı, cinsi kişi olan abituriyentlərin həqiqi hərbi xidmətdən möhlət hüququnun olmasının elektron formada təsdiqlənməsi istiqamətində Xidmət tərəfindən işlər aparılır, elektron bazanın yaradılması işləri başa çatdıqdan sonra qeyd olunan məsələ abituriyentlərin hərbi xidmətdən möhlət üzrə avtomatlaşdırılmış sistemi hazırlanmaqla öz həllini tapacaq.
Vətəndaşların işlərini asanlaşdırmaq üçün 4 yeni elektron xidmət tətbiq edilib. Hazırda hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin və sənədlərin qəbulu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulla əlaqədar müraciətin və sənədlərin qəbulu elektron qaydada aparılır.
Məlumat üçün bildirək ki, sadalananlardan savayı, vətəndaşlar itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi, həmçinin arxiv arayışlarının alınması üçün SHÇDX-yə birbaşa təmasda olmadan, elektron müraciət edə biləcəklər.
Aynur Vəliyeva
Baxış sayı: 2291
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib