12px13px15px17px
Tarix:02/07/14

Fransada internetin idarə olunması məsələləri müzakirə olunacaq

Fransanın Strasburq şəhərində Avropa Şurasının (AŞ) Trans-sərhəd internet axını və internet azadlığı üzrə Ekspertlər Komitəsinin (MSİ-İNT) növbəti iclası keçiriləcək.
 
 Qeyd edək ki, Ekspertlər Komitəsi AŞ-nin Media və İnformasiya Cəmiyyəti üzrə Rəhbər Komitəsinin (CDMSİ) nəzdində olmaqla 2014-2015-ci illər ərzində AŞ məkanında maneəsiz trans-sərhəd internet axını və internet azadlığının təmin edilməsi üçün tövsiyələrin işlənib hazırlanması məqsədilə yaradılıb.
 
Cari ilin 3-4 iyul tarixlərində baş tutacaq ikigünlük iclasda Komitənin iş planı ilə bağlı təkliflər, qarşıda duran addımlar, trans-sərhəd internet axını və internet azadlığı üzrə tövsiyələr layihəsi, internetin idarə olunması, internetdə ifadə azadlığı və sair məsələlər müzakirə olunacaq.
 
Görüşdə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin məsləhətçisi Michael Unland, AŞ İnsan hüquqları və qanunun aliliyi üzrə informasiya cəmiyyəti departamentinin nümayəndəsi Loreta Vioiu, media şöbəsinin rəhbəri Silvia Grundmanın iştirakı nəzərdə tutulub.
 
Bu mötəbər tədbirdə ölkəmizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov təmsil edəcək.
 
 İclasda B.Məmmədovun çıxışı və bu zaman  Azərbaycanda internet sahəsində həyata keçirilən layihələr, bu istiqamətdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq barədə ətraflı məlumat verəcəyi planlaşdırılıb.
 
     
 
SEYMUR
 



Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024