Tarix:02/07/14
XİN-in mətbuat xidmətindən "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin mayında ÇXR-a uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Dövlətimizin bütün dövlətlərlə ikitərəfli əlaqələrinin təməlini qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin təşkil etdiyini deyən nazir iki ölkə arasında qurulmuş dostluq münasibətləri əsasında Azərbaycanın ÇXR ilə siyasi, iqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında olan əməkdaşlığın və qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu söyləyib.
Azərbaycanla əməkdaşlığın inkişafında ölkəsinin də maraqlı olduğunu deyən nazir Van İ bütün səviyyələrdə məsləhətləşmələrin, mübadilələrin aparılmasının və iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında danışaraq, bu layihənin Avropa və Asiyanı birləşdirəcək genişmiqyaslı informasiya texnologiyası şəbəkəsi olacağını bildirib. O qeyd edib ki, "TASİM" bir sıra problemləri həll etməklə yanaşı, etibarlı və keyfiyyətli bağlantı verəcək.
E.Məmmədyarov daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının zəruriliyini vurğulayıb.
Nazir Van İ ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllinin tərəfdarı olduğunu və Çinin bu mövqeyinin prinsipial olduğunu bildirib. Van İ Azərbaycan və Çinin Avrasiya məkanının çiçəklənməsi üçün səylər göstərəcəyinə ümidvarlığını ifadə edib.
Görüşdə diplomatik tədris müəssisələri arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SEYMUR
Elmar Məmmədyarov Çində “TASİM”-dən danışdı
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədən olan həmkarı Van İ ilə görüşüb.XİN-in mətbuat xidmətindən "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu ilin mayında ÇXR-a uğurlu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Dövlətimizin bütün dövlətlərlə ikitərəfli əlaqələrinin təməlini qarşılıqlı hörmət və bərabərlik prinsiplərinin təşkil etdiyini deyən nazir iki ölkə arasında qurulmuş dostluq münasibətləri əsasında Azərbaycanın ÇXR ilə siyasi, iqtisadi-ticarət və humanitar sahələrdə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, beynəlxalq təşkilatlar çərçivəsində də ölkələrimiz arasında olan əməkdaşlığın və qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu söyləyib.
Azərbaycanla əməkdaşlığın inkişafında ölkəsinin də maraqlı olduğunu deyən nazir Van İ bütün səviyyələrdə məsləhətləşmələrin, mübadilələrin aparılmasının və iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin zəruriliyini diqqətə çatdırıb.
Nazir Elmar Məmmədyarov Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında danışaraq, bu layihənin Avropa və Asiyanı birləşdirəcək genişmiqyaslı informasiya texnologiyası şəbəkəsi olacağını bildirib. O qeyd edib ki, "TASİM" bir sıra problemləri həll etməklə yanaşı, etibarlı və keyfiyyətli bağlantı verəcək.
E.Məmmədyarov daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son vəziyyəti haqqında məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının zəruriliyini vurğulayıb.
Nazir Van İ ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin beynəlxalq hüququn prinsipləri və BMT qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllinin tərəfdarı olduğunu və Çinin bu mövqeyinin prinsipial olduğunu bildirib. Van İ Azərbaycan və Çinin Avrasiya məkanının çiçəklənməsi üçün səylər göstərəcəyinə ümidvarlığını ifadə edib.
Görüşdə diplomatik tədris müəssisələri arasında əməkdaşlıq, mədəniyyət günlərinin keçirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
SEYMUR
Baxış sayı: 552
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır