12px13px15px17px
Tarix:02/07/14

İnformasiya agentliyi biznes xəbərlərinin yazılmasını robota həvalə edəcək

İyuldan etibarən “Associated Press” informasiya agentliyi üçün bəzi biznes xəbərlərini redaktor deyil, xüsusi təlim görmüş robot yazacaq. Avtomatlaşdırma prosesi ABŞ şirkətlərinin rüblük qısa xəbərlərinə aid olacaq. Bu şəkildə qəzet materialları daha tez işıq üzü görəcək, jurnalistlər yaradıcılıq üçün daha çox sərbəstlik əldə edəcəklər.

İnformasiya agentliyi üçün qısa xəbərləri rüblük maliyyə hesabatından əsas rəqəmləri hasil edəcək və onları 150–300 sözdən ibarət xəbərlərə əlavə edəcək xüsusi kompüter proqramı tərtib edəcək. Bundan başqa, robotun informasiyanı sadə, rahat oxunan formatda verməsi böyük əhəmiyyət kəsb edir.

“Associated Press”-in icraedici direktoru Lu Ferraranın sözlərinə görə, yenilik kadrların azalmasına səbəb olmayacaq. Əksinə, məqalə dərc olunan zaman agentliyin əməkdaşları belə qısa məlumatları kontekst və təfsilatlar ilə tamamlaya, eləcə də bu rəqəmlərin nə demək olduğunu izah edə biləcəklər.  
“Üç yüz tarixçəni əllə yazmaq əvəzinə, biz hər rüb ABŞ ərazisində şirkətlər üçün 4400-dək avtomatik tərtib edilmiş material təqdim edə bilərik”, - L.Ferrara bildirib. Robot-jurnalistin yaradılmasında “Automated Insights” və “Zacks Investment Research” şirkətlərinin texnologiyalarından istifadə olunub.
 
Qeyd edək ki, “Associated Press” xəbərlərin yazılması prosesinə robotları cəlb edəcək yeganə şirkət olmayacaq. Məsələn, toylar haqqında avtomatik tərtib olunan məlumatlar artıq "The New York Times” qəzetinin saytında dərc edilir. Bundan əlavə, “Automated Insights” şirkəti idman komandalarının heyətinin avtomatik yazılması üçün texnologiyaya malikdir, - “Vesti www.vesti.ru” yazır.   
 



Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024