Tarix:02/07/14
Bu xahişlə Qabon Gömrük və Vasitəli Vergilər İdarəsinin Baş direktoru Mişel Ondinqa Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə sədr müavini Aydın Əliyevlə keçirilən görüşdə müraciət edib.
Komitədən verilən məlumata görə, görüş A.Əliyevin Belçika Krallığının Brüssel şəhərində keçirilən ÜGT Şurasının 123/124-cü sessiyasında iştirakı müddətində reallaşıb. Görüşdə ötən il ölkəmizə etdiyi səfəri xatırladan M.Ondinqa səfər zamanı Azərbaycan Gömrük Xidmətinin əldə etdiyi nailiyyətlərin canlı şahidi olduğunu qeyd edərək, bu sahədə ölkəmizin təcrübəsindən faydalanmaq qərarına gəldiklərini bildirib. Bu səbəbdən Azərbaycan gömrüyündə tətbiq olunmuş bir sıra layihələr üzrə, xüsusən, “Bir pəncərə” prinsipi, gömrük prosedurlarında İnformasiya Texnologiyaları, Hədəf Mərkəzi və Kinoloji xidmət sahələrində əldə olunan təcrübənin Qabon gömrüyündə tətbiqi imkanlarının araşdırılması məqsədilə Azərbaycan ekspertlərinin Qabona səfər etməsini xahiş edib.
Öz növbəsində A.Əliyev xahişi müsbət qarşılayaraq səfərin yaxın zamanda reallaşması və Qabon Gömrük Xidmətinə İnformasiya Texnologiyaları və yeni innovasiya layihələrinin tətbiqi sahəsində ekspert yardımının göstərilməsi üçün öz dəstəyini əsirgəməyəcəyini bildirib.
Həqiqət İSABALAYEVA
Azərbaycanlılar Qabon Gömrük Xidmətinə İnformasiya Texnologiyaları və yeni innovasiya layihələrinin tətbiqi sahəsində ekspert yardımı göstərəcəklər
Azərbaycanlı mütəxəssislər Qabon Gömrük Xidmətinə İnformasiya Texnologiyaları və yeni innovasiya layihələrinin tətbiqi sahəsində ekspert yardımı göstərəcəklər.Bu xahişlə Qabon Gömrük və Vasitəli Vergilər İdarəsinin Baş direktoru Mişel Ondinqa Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa Regionu üzrə sədr müavini Aydın Əliyevlə keçirilən görüşdə müraciət edib.
Komitədən verilən məlumata görə, görüş A.Əliyevin Belçika Krallığının Brüssel şəhərində keçirilən ÜGT Şurasının 123/124-cü sessiyasında iştirakı müddətində reallaşıb. Görüşdə ötən il ölkəmizə etdiyi səfəri xatırladan M.Ondinqa səfər zamanı Azərbaycan Gömrük Xidmətinin əldə etdiyi nailiyyətlərin canlı şahidi olduğunu qeyd edərək, bu sahədə ölkəmizin təcrübəsindən faydalanmaq qərarına gəldiklərini bildirib. Bu səbəbdən Azərbaycan gömrüyündə tətbiq olunmuş bir sıra layihələr üzrə, xüsusən, “Bir pəncərə” prinsipi, gömrük prosedurlarında İnformasiya Texnologiyaları, Hədəf Mərkəzi və Kinoloji xidmət sahələrində əldə olunan təcrübənin Qabon gömrüyündə tətbiqi imkanlarının araşdırılması məqsədilə Azərbaycan ekspertlərinin Qabona səfər etməsini xahiş edib.
Öz növbəsində A.Əliyev xahişi müsbət qarşılayaraq səfərin yaxın zamanda reallaşması və Qabon Gömrük Xidmətinə İnformasiya Texnologiyaları və yeni innovasiya layihələrinin tətbiqi sahəsində ekspert yardımının göstərilməsi üçün öz dəstəyini əsirgəməyəcəyini bildirib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 716
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır