Tarix:23/08/11
Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Başar və Türkiyənin Bilkent Universitetinin professoru Hitay Özbay tərəfindən təşkil olunan tədbirdə dünyanın 12 ölkəsindən alimlər iştirak edir.
Konfransın həmtəşkilatçılarından biri, akademik F.Əliyev bildirib ki, Azərbaycan, Türkiyə, ABŞ, İsveç, Fransa, Bolqarıstan, Hindistan, Almaniya və digər ölkələrdən tanınmış alim və mütəxəssislərin qatılacaqları beynəlxalq konfransda idarəetmə və optimallaşdırma sahəsində alınmış elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyata tətbiqi məsələləri geniş müzakirə ediləcəkdir. Mövzu üzrə 70-dək məruzə dinləniləcəkdir.
Beynəlxalq konfransın açılış mərasiminə Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov sədrlik edib.
Məlumat üçün bildirək ki, maraq doğuran məruzə və məqalələr Azərbaycanda nəşr olunan, yüksək təsir əmsalına malik, beynəlxalq aləmdə tanınan “Tətbiq və hesablama riyaziyyatı” (“Applied and Computational Mathematics”) jurnalında dərc olunacaqdır.
Qeyd edək ki, “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda birinci (2005) və ikinci (2008) beynəlxalq konfranslar Azərbaycanda keçirilib.
Azərbaycan “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusundakı konfransda təmsil olunur
Avqustun 22-dən etibarən Türkiyənin Bilkent Universitetində “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda III beynəlxalq konfrans keçirilir. Konfrans ayın 24-nə qədər davam edəcək.Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Başar və Türkiyənin Bilkent Universitetinin professoru Hitay Özbay tərəfindən təşkil olunan tədbirdə dünyanın 12 ölkəsindən alimlər iştirak edir.
Konfransın həmtəşkilatçılarından biri, akademik F.Əliyev bildirib ki, Azərbaycan, Türkiyə, ABŞ, İsveç, Fransa, Bolqarıstan, Hindistan, Almaniya və digər ölkələrdən tanınmış alim və mütəxəssislərin qatılacaqları beynəlxalq konfransda idarəetmə və optimallaşdırma sahəsində alınmış elmi-nəzəri nəticələrin sənaye və iqtisadiyyata tətbiqi məsələləri geniş müzakirə ediləcəkdir. Mövzu üzrə 70-dək məruzə dinləniləcəkdir.
Beynəlxalq konfransın açılış mərasiminə Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov sədrlik edib.
Məlumat üçün bildirək ki, maraq doğuran məruzə və məqalələr Azərbaycanda nəşr olunan, yüksək təsir əmsalına malik, beynəlxalq aləmdə tanınan “Tətbiq və hesablama riyaziyyatı” (“Applied and Computational Mathematics”) jurnalında dərc olunacaqdır.
Qeyd edək ki, “İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri” mövzusunda birinci (2005) və ikinci (2008) beynəlxalq konfranslar Azərbaycanda keçirilib.
Baxış sayı: 2677
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı