Tarix:03/07/14
Adıçəkilən bankın yaydığı məlumata görə, “Cash by Code” - asan, tez, rahat, təhlükəsiz şəkildə və 7/24 prinsipi ilə fəaliyyət göstərən bir xidmətdir. Bu xidmət nəticəsində bankın müştərisi öz kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir.
Vəsaitlərin göndərilməsi və alınması “MilliKart”da xidmət olunan və “Cash by Code” xidmətinə qoşulmuş, istənilən bankın bankomatında mümkündür. Göndərilən vəsaiti cəmi bir neçə saniyə ərzində bankomatdan çıxarmaq olar. Xidmətdən istifadə qaydası da çox sadə formada qurulub və 2 etapdan ibarətdir. Ondan yararlanmaq istəyən şəxslər birinci addımda bankomatda “Cash by Code” xidmətini seçərək məbləği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan müvafiq şifr əks olunmuş qəbz çap edilir.
İkinci addımda isə vəsaiti alacaq şəxsə SMS vasitəsilə müvafiq şifr göndərilir.
Müştəri kod qəbzdəki şifr və SMS vasitəsilə göndərilən şifrləri ardıcıllıqla daxil edir və vəsaiti çıxarır. Yeri gəlmişkən qeyd olunmalıdır ki, bu əməliyyat icra olunan zaman hər hansı bir komissiya tutulmur.
SEYMUR
Vəsaitlərin bankomatdan kartsız formada çıxarılması mümkünləşib
Azərbaycanda bankomatlardan kartsız formada vəsaitin çıxarılması da mümkünləşib. Bunun üçün müştərilərə xüsusi SMS xidməti təklif olunur. Belə ki, “Unibank” plastik kartlarında tətbiq olunan “Cash by Code” xidmətinin aktivləşdirilməsi müştərilərə sözügedən imkanı verib.Adıçəkilən bankın yaydığı məlumata görə, “Cash by Code” - asan, tez, rahat, təhlükəsiz şəkildə və 7/24 prinsipi ilə fəaliyyət göstərən bir xidmətdir. Bu xidmət nəticəsində bankın müştərisi öz kartındakı pul vəsaitlərini bankomat vasitəsi ilə köçürür və bank kartı olmayan şəxs həmin vəsaiti bankomatdan çıxara bilir.
Vəsaitlərin göndərilməsi və alınması “MilliKart”da xidmət olunan və “Cash by Code” xidmətinə qoşulmuş, istənilən bankın bankomatında mümkündür. Göndərilən vəsaiti cəmi bir neçə saniyə ərzində bankomatdan çıxarmaq olar. Xidmətdən istifadə qaydası da çox sadə formada qurulub və 2 etapdan ibarətdir. Ondan yararlanmaq istəyən şəxslər birinci addımda bankomatda “Cash by Code” xidmətini seçərək məbləği və pulu alan şəxsin mobil nömrəsini daxil edir və bankomatdan müvafiq şifr əks olunmuş qəbz çap edilir.
İkinci addımda isə vəsaiti alacaq şəxsə SMS vasitəsilə müvafiq şifr göndərilir.
Müştəri kod qəbzdəki şifr və SMS vasitəsilə göndərilən şifrləri ardıcıllıqla daxil edir və vəsaiti çıxarır. Yeri gəlmişkən qeyd olunmalıdır ki, bu əməliyyat icra olunan zaman hər hansı bir komissiya tutulmur.
SEYMUR
Baxış sayı: 616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır