Tarix:03/07/14
Universitetdən verilən məlumata görə, müasir İKT texnologiyalarının tətbiqi sahəsində dünyada öncül mövqelərdən birinə sahib olan “İskratel” şirkəti AzTU-ya NGN tipli stansiya təqdim edib və universitetdə tədris mərkəzi yaradılıb. Bu, gələcəkdə universitetin rabitə ixtisası üzrə məzunlarına birbaşa istənilən operatorda işlə təmin olunub, peşəkar şəkildə NGN tipli stansiyaların istismarını həyata keçirmək imkanı verəcək.
Tədris mərkəzindəki yeni texnika və texnologiyadan İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında, eləcə də ölkəmizin müxtəlif təşkilatları üçün mütəxəssislərin ixtisaslarının artırılmasında geniş istifadə ediləcək.
Məlumat üçün bildirək ki, Next Generation Network (NGN)-gələcək nəsil şəbəkələri mənasını verən bu sistem özündə həm standart analoq telefon xidmətlərini, həm də genişzolaqlı internet xidmətlərini əhatə edir. Yeni texnologiyanın özəlliyi vahid platforma əsasında müxtəlif növ telekommunikasiya xidmətləri göstərməsindədir.
Qeyd edək ki, “İskratel” şirkəti Azərbaycanda ilk olaraq “Aztelekom” İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə sıx əlaqələr yaradıb, ölkəmizdə TDM texnologiyalı stansiyalar qurulub.
CAHANGİR
Azərbaycan Texniki Universitetində “NGN” tipli stansiya istifadəyə verilib
Azərbaycan Texniki Universitetində (AzTU) “NGN” tipli stansiya açılıb.Universitetdən verilən məlumata görə, müasir İKT texnologiyalarının tətbiqi sahəsində dünyada öncül mövqelərdən birinə sahib olan “İskratel” şirkəti AzTU-ya NGN tipli stansiya təqdim edib və universitetdə tədris mərkəzi yaradılıb. Bu, gələcəkdə universitetin rabitə ixtisası üzrə məzunlarına birbaşa istənilən operatorda işlə təmin olunub, peşəkar şəkildə NGN tipli stansiyaların istismarını həyata keçirmək imkanı verəcək.
Tədris mərkəzindəki yeni texnika və texnologiyadan İKT sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında, eləcə də ölkəmizin müxtəlif təşkilatları üçün mütəxəssislərin ixtisaslarının artırılmasında geniş istifadə ediləcək.
Məlumat üçün bildirək ki, Next Generation Network (NGN)-gələcək nəsil şəbəkələri mənasını verən bu sistem özündə həm standart analoq telefon xidmətlərini, həm də genişzolaqlı internet xidmətlərini əhatə edir. Yeni texnologiyanın özəlliyi vahid platforma əsasında müxtəlif növ telekommunikasiya xidmətləri göstərməsindədir.
Qeyd edək ki, “İskratel” şirkəti Azərbaycanda ilk olaraq “Aztelekom” İstehsalat Birliyi və Bakı Telefon Rabitəsi İstehsalat Birliyi ilə sıx əlaqələr yaradıb, ölkəmizdə TDM texnologiyalı stansiyalar qurulub.
CAHANGİR
Baxış sayı: 606
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır