Tarix:03/07/14
Agentlik mütəxəssislərinin proqnozuna görə, genetikanın elmi nailiyyətləri ağıldankəmlik və birinci tip şəkərli diabet xəstəliklərinin profilaktikasını və müalicəsini xeyli yaxşılaşdıracaq, günəş energetikası əsas enerji mənbəyinə çevriləcək, dünyada ərzaq çatışmazlığı müşahidə edilməyəcək, xərçəngin müalicəsinin əlavə təsirləri azalacaq.
Qrafen və karbon nanoborucuqlar əsasında yarımkeçirici materialların və kondensatorların, müstəqil servis antenalarının tətbiqi ilə simsiz şəbəkələrin və beşinci nəsil rabitə texnologiyasının yaradılması bütün ucqar regionları simsiz rabitə ilə təchiz etməyə imkan verəcək. Analitiklərin qənaətinə görə, 2025-ci ildə Afrika qitəsi simsiz şəbəkə ilə əhatə olunacaq, avtomobil, ev, soyuducu və qabyuyan maşınlar şəbəkəyə qoşulma ilə təchiz ediləcək.
2025-ci ilədək kvant teleportasiyası (obyektin enerjiyə çevrilib digər məkana keçməsi) həyata keçiriləcək. Bu sahədə fiziklər xüsusilə Böyük Adron Kollayderində aparılan tədqiqatlar sayəsində böyük elmi irəliləyişin olacağını bildirirlər, - "Computerworld www.osp.ru” yazır.
“Thomson Reuters”: “2025-ci ilədək bütün ucqar regionlar rəqəmli radiorabitə ilə əhatə olunacaq”
“Thomson Reuters” informasiya agentliyinin elm şöbəsinin analitikləri yaxın illərdə dünyanı əsaslı şəkildə dəyişəcək on əhəmiyyətli texnologiya və elmi kəşfin adını açıqlayıblar.Agentlik mütəxəssislərinin proqnozuna görə, genetikanın elmi nailiyyətləri ağıldankəmlik və birinci tip şəkərli diabet xəstəliklərinin profilaktikasını və müalicəsini xeyli yaxşılaşdıracaq, günəş energetikası əsas enerji mənbəyinə çevriləcək, dünyada ərzaq çatışmazlığı müşahidə edilməyəcək, xərçəngin müalicəsinin əlavə təsirləri azalacaq.
Qrafen və karbon nanoborucuqlar əsasında yarımkeçirici materialların və kondensatorların, müstəqil servis antenalarının tətbiqi ilə simsiz şəbəkələrin və beşinci nəsil rabitə texnologiyasının yaradılması bütün ucqar regionları simsiz rabitə ilə təchiz etməyə imkan verəcək. Analitiklərin qənaətinə görə, 2025-ci ildə Afrika qitəsi simsiz şəbəkə ilə əhatə olunacaq, avtomobil, ev, soyuducu və qabyuyan maşınlar şəbəkəyə qoşulma ilə təchiz ediləcək.
2025-ci ilədək kvant teleportasiyası (obyektin enerjiyə çevrilib digər məkana keçməsi) həyata keçiriləcək. Bu sahədə fiziklər xüsusilə Böyük Adron Kollayderində aparılan tədqiqatlar sayəsində böyük elmi irəliləyişin olacağını bildirirlər, - "Computerworld www.osp.ru” yazır.
Baxış sayı: 586
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır