12px13px15px17px
Tarix:04/07/14

Suriyalı hakerlər İsrail Müdafiə Ordusunun “Twitter” mikrobloquna müdaxilə ediblər

Hakerlər cümə axşamı İsrail Müdafiə Ordusunun “Twitter” hesabına müdaxilə ediblər. Kibertəhlükəsizlik üzrə hərbi ekspertlər bir neçə ərzində ordunun mikrobloqu üzərində nəzarəti bərpa etməyə müvəffəq olub.
 
"Biz səhv mesajlara görə üzr istəyirik, bizim mikrobloqumuza medaxilə olunub" – İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Piter Lerner deyib. "Biz kiberməkan daxil olmaqla bütün istiqamətlərdə terrorizmlə mübarizə aparacağıq" – o deyib.
 
“ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Suriya Elektron Ordusu İsrail ordusunun “Twiiter” mikrobloquna müdaxiləyə görə məsuliyyəti  öz üzərinə götürüb.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024