Tarix:04/07/14
İclasda hər bir ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində gördüyü işlər haqqında və eləcə də həyata keçirdiyi layihələr barəsində tədbir iştirakçılarının məlumatlandırılması nəzərdə tutulub.
İclas iştirakçıları Böyük Vətən müharibəsi qələbəsinin 70-ci ildönümünün bayram edilməsi istiqamətində görülən işlərə və bu istiqamətdə hazırlıq məsələlərinə baxacaqlar.
Tədbirdə RRB-nin daxili fəaliyyəti üzrə uyğun olan qərarların qəbulu planlaşdırılır. Burada birliyin normativ sənədlərinə dəyişikliklərin və əlavələrin edilməsi də daxil olmaqla yanaşı, rəhbər heyətə seçkilərin keçirilməsi nəzərdə tutulub.
Qeyd olunmalıdır ki, bu yığıncaq çərçivəsində Azərbaycanın həyata keçirdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin növbəti təqdimatı planlaşdırılıb. “ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, təqdimat zamanı “TASİM” çərçivəsində bu günə qədər görülən işlərdən və qarşıda duran məqsədlərdən danışılacaq.
Seymur Qasımbəyli
Astanada “TASİM”-in növbəti dəfə təqdimatı olacaq
Cari ilin iyulun 15-16-sı tarixlərində Regional Rabitə Birliyinin (RRB) və Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət nümayəndələrinin birgə yığıncağı keçiriləcək. Qazaxıstanın paytaxtı Astana şəhərində düzənlənəcək tədbirdə birliyə daxil olan üzv dövlətlər planlar, qarşıda duran məsələlər, atılacaq addımlar, cari problemlər və sair mövzular ətrafında fikir mübadiləsi aparılacaq.İclasda hər bir ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində gördüyü işlər haqqında və eləcə də həyata keçirdiyi layihələr barəsində tədbir iştirakçılarının məlumatlandırılması nəzərdə tutulub.
İclas iştirakçıları Böyük Vətən müharibəsi qələbəsinin 70-ci ildönümünün bayram edilməsi istiqamətində görülən işlərə və bu istiqamətdə hazırlıq məsələlərinə baxacaqlar.
Tədbirdə RRB-nin daxili fəaliyyəti üzrə uyğun olan qərarların qəbulu planlaşdırılır. Burada birliyin normativ sənədlərinə dəyişikliklərin və əlavələrin edilməsi də daxil olmaqla yanaşı, rəhbər heyətə seçkilərin keçirilməsi nəzərdə tutulub.
Qeyd olunmalıdır ki, bu yığıncaq çərçivəsində Azərbaycanın həyata keçirdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin növbəti təqdimatı planlaşdırılıb. “ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, təqdimat zamanı “TASİM” çərçivəsində bu günə qədər görülən işlərdən və qarşıda duran məqsədlərdən danışılacaq.
Seymur Qasımbəyli
Baxış sayı: 614
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı