12px13px15px17px
Tarix:04/07/14

Yerli İT şirkəti "QırğızHidroMet"-in tenderində qalib olub

Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan "SİNAM" Qırğızıstanda "Mərkəzi Asiyada hidrometeoroloji xidmətlərin modernləşdirilməsi" layihəsi çərçivəsində Dünya Bankı tərəfindən maliyyələşdirilən və Qırğızıstan Respublikası Fövqəladə Hallar Nazirliyi yanında Hidrometeorologiya Agentliyi tərəfindən "QırğızHidroMet"-in arxivinin uzunmüddətli saxlanma üçün elektron daşıyıcılara keçirilməsi və elektron daşıyıcılarda hidrometeoroloji (HM) məlumatlar fondunun yaradılması" üzrə keçirilən açıq tenderin qalibi olub.

 Şirkətin rəhbəri Elçin Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən,
hazırda artıq layihə çərçivəsində nəzərdə tutulan işlərin bir qismi yerinə yetirilib.
 
“Layihə çərçivəsində proqram təminatının hazırlanması, treninqlərin keçirilməsi, avadanlıqlarla təchizat nəzərdə tutulub. Skanlaşdırma işləri 48% həyata keçirilib, avadanlıqlarla təchizat başa çatıb. Hazırda  proqram təminatının təqdim edilməsi ilə bağlı işlər aparılır, treninqlər yaxın zamanda başlanacaq. Plana əsasən, layihə ilin sonuna kimi başa çatmalıdır”, - deyə o bildirib.
Xatırladaq ki, tenderdə “SİNAM” şirkəti ilə yanaşı, "NSP" MMC (Qırğızıstan), "Lanit QSC" (Rusiya) və "Empire&Redocs" (Qırğızıstan və rus şirkətlərinin konsorsiumu) iştirak edib.

 Layihə çərçivəsində avadanlıqların və müvafiq proqram təminatlarının təchizatı, quraşdırılması və "QırğızHidroMet"-in arxivində yerləşən təqribən 730000 sayda kağız sənədlərinin rəqəmsal şəklə salınaraq verilənlər bazasında saxlanması işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.
 
Aynur Vəliyeva 
 
 
 




Baxış sayı: 595

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024