12px13px15px17px
Tarix:05/07/14

Dünyanın ən böyük onlayn şirkəti vergidən yayınır?

Avropa İttifaqının (Aİ) antiinhisar tənzimləyici orqanları Lüksemburqdan ABŞ-ın “Amazon” onlayn pərakəndə satış şirkətinin vergi məlumatlarının təqdim olunmasını xahiş ediblər.
 
“Amazon”-un Avropa bölməsinin "Amazon EU” mənzil-qərargahı Lüksemburqda yerləşir. Komissiyanın versiyasına görə, şirkət transfert qiymətqoymanın formalaşdırılması üçün törəmə müəssisələrdən istifadə edərək vergi ödənişlərini minimuma endirib.
 
Şirkət üçün 2013-cü ildə vergilərin ümumi faiz dərəcəsi 31,8 faiz təşkil edib ki, bu da bir il əvvəldən 8 faiz azdır. “Amazon EU”-nun maliyyə göstəricilərinə əsasən, 2013-cü ildə şirkət Aİ ölkələrində satışdan 13,6 milyard avro məbləğində gəlir əldə edib.
 
Qeyd edək ki, bir müddət əvvəl Aİ “Apple”, “Starbucks” və “Fiat” şirkətləri ilə bağlı vergi araşdırmasına başlayıb. Araşdırmaların aparılması üçün əsas bu şirkətlərə müvafiq olaraq İrlandiya, Niderland, Lüksemburq tərəfindən böyük vergi güzəştlərinin edilməsi olub.
 
Dünyanın nəhəng onlayn pərakəndə satış şirkəti olan “Amazon” ABŞ-dan kənarda – Braziliya, Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya və s. ölkələrdə filiallara malikdir, eləcə də 61 ölkəyə mallar çatdırır. Şirkətin “NASDAQ” birjasında kapitallaşma dəyəri 155,3 milyard dollar təşkil edir, - “İTAR-TASS www.itar-tass.com” yazır.  



Baxış sayı: 1174

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024