Tarix:05/07/14
“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qaydalara əsasən, nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materiallara dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları daxildir.
Nəzarət markasının üzərində “NƏZARƏT MARKASI” sözləri, nəzarət markasını verən orqanın adı və nəzarət markasının nömrəsini bildirən hərf-rəqəm kodu əks olunmalıdır.
Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasında qeyd edilənlərə əlavə olaraq nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kod (QR kod), nüsxənin seriyasını bildirən işarə və əsərin, əlaqəli hüquqlar obyektinin adı göstərilməlidir.
Adıçəkilən məhsulların nüsxələrinə yapışdırılan nəzarət markasında onun növünü bildirən xüsusi seriyalar - audiovizual əsərlər üçün – “A”, fonoqramlar üçün – “F”, kompüter proqramları üçün – “P”, məlumat topluları üçün – “M”, kitablar üçün – “K” göstərilir.
Bu məhsulların nüsxələrinə yapışdırılan nəzarət markasının üzərindəki seriyanı bildirən işarələrin və nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kodların rəngləri nüsxələrin növündən asılı olaraq audiovizual əsər üçün qırmızı, fonoqram üçün tünd-sarı, kompüter proqramı üçün açıq-mavi, məlumat toplusu üçün bənövşəyi, kitablar üçün gümüşü olur.
Qeyd edək ki, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasının fərdiləşdirilməsi Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.
CAHANGİR
Azərbaycanda əqli mülkiyyət məhsulları üzrə piratçılığın səviyyəsi azalacaq
Azərbaycan Nazirlər Kabineti (NK) “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nı təsdiq edib.“ICTnews” elektron xəbər xidmətinin NK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qaydalara əsasən, nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materiallara dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları daxildir.
Nəzarət markasının üzərində “NƏZARƏT MARKASI” sözləri, nəzarət markasını verən orqanın adı və nəzarət markasının nömrəsini bildirən hərf-rəqəm kodu əks olunmalıdır.
Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasında qeyd edilənlərə əlavə olaraq nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kod (QR kod), nüsxənin seriyasını bildirən işarə və əsərin, əlaqəli hüquqlar obyektinin adı göstərilməlidir.
Adıçəkilən məhsulların nüsxələrinə yapışdırılan nəzarət markasında onun növünü bildirən xüsusi seriyalar - audiovizual əsərlər üçün – “A”, fonoqramlar üçün – “F”, kompüter proqramları üçün – “P”, məlumat topluları üçün – “M”, kitablar üçün – “K” göstərilir.
Bu məhsulların nüsxələrinə yapışdırılan nəzarət markasının üzərindəki seriyanı bildirən işarələrin və nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kodların rəngləri nüsxələrin növündən asılı olaraq audiovizual əsər üçün qırmızı, fonoqram üçün tünd-sarı, kompüter proqramı üçün açıq-mavi, məlumat toplusu üçün bənövşəyi, kitablar üçün gümüşü olur.
Qeyd edək ki, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasının fərdiləşdirilməsi Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən həyata keçirilir.
CAHANGİR
Baxış sayı: 682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır