Tarix:07/07/14
İdarədən qeyd edilib ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin və ya digər qanuni nümayəndələrin ərizələri, habelə ümumtəhsil müəssisələrinin təqdimatları hər il iyul ayının 20-dən başlayaraq avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır. Uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir.
Valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkiliş aparıla bilər. Hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.
Həqiqət İSABALAYEVA
Xüsusi istedadlı uşaqların I sinfə qəbul prosesində valideynlərin arzusu ilə videoçəkiliş aparıla bilər
20 iyul 2014-cü il tarixindən etibarən Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan məktəblərə elektron ərizələrin qəbuluna başlanılacaq. Proses təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013-cü il tarixli, 739 №-li əmrinə müvafiq olaraq həyata keçiriləcək.İdarədən qeyd edilib ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir.
Uşaqların vaxtından əvvəl I sinfə qəbulu barədə valideynlərin və ya digər qanuni nümayəndələrin ərizələri, habelə ümumtəhsil müəssisələrinin təqdimatları hər il iyul ayının 20-dən başlayaraq avqustun 20-dək təhsil şöbəsində (idarəsində) qeydiyyata alınır. Uşaqların seçimi rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müəyyən etdiyi günlərdə sentyabrın 10-dək həyata keçirilir.
Valideynlərin arzusu ilə müsahibə zamanı videoçəkiliş aparıla bilər. Hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 657
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır