12px13px15px17px
Tarix:07/07/14

“Elektron hökumət” portalında göstərilən e-xidmətlərin siyahısına yenisi əlavə edilib

"TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı" xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub.
 
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu xidmətin göstərilməsi nəticəsində istifadəçilərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartları (qəbul imtahanında istifadə etmək üçün - iş nömrəsi və şifr, sınaq imtahanlarında istifadə etmək üçün - seriya nömrəsi və PİN kod) elektron formada təqdim edilir.
 
Qeyd edək ki, artıq TQDK-nın "Elektron hökumət" portalı üzərindən təqdim olunan elektron xidmətlərinin sayı 14-ə çatıb.
 
CAHANGİR



Baxış sayı: 619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024