12px13px15px17px
Tarix:08/07/14

"Google” rəhbəri müasir kompüterlərin imkanlarını tənqid edib

Kompüter vasitəsilə əldə olunan faydalı biliklərin həcmi və ona sərf olunan vaxtın bir-birinə nisbəti qənaətbəxş deyil. Bu barədə "Google” şirkətinin baş direktoru Larri Peyc müsahibəsində deyib.

“Biz hesab edirik ki, kompüterlər hələlik çox pis işləyir. Onlar adamı mənasız yerə vaxt sərf etməyə məcbur edir. Güman edirəm ki, kompüterdən alınan real biliklərin və ona sərf olunan vaxtın nisbəti hələlik kifayət dərəcədə deyil. Biz bu problemi həll etməyə çalışırıq”, - L.Peyc şirkətin yaxın illər üçün ümumi strategiyası ilə bağlı sualı cavablandırarkən bildirib.

O, perspektivli texnologiyalar nümunəsi kimi istifadəçiyə aktual informasiyalar – hava, gündəlik planlar, yollardakı vəziyyət, valyuta məzənnəsi və s. haqqında məlumatlar verən “Google Now” intuitiv servisini qeyd edib.

“Ola bilsin, istifadəçi ümumiyyətlə sual vermək istəməsin, ya da sual verməzdən əvvəl cavab almaq arzusunda olsun. Əvvəlcədən oxşar məqsədlə “I’m feeling lucky” düyməsi yaradılıb ki, istifadəçi axtarış nəticələrini buraxa və dərhal cavaba keçə bilsin. Təəssüf ki, bu, bir o qədər də uğurlu layihə olmadı”, - L.Peyc vurğulayıb.

İntuitiv axtarışdan başqa digər prioritet istiqamətlərdən danışan “Google” rəhbəri “Android” mobil əməliyyat sisteminin və “Google X” innovasiya layihələri laboratoriyasının inkişafını qeyd edib. Baş direktorun fikrincə, vəzifəsini lazımi qaydada yerinə yetirən “startup” şirkətlərdən fərqli olaraq böyük şirkətlər özlərini müxtəlif istiqamətlərdə sınamaq imkanına malikdirlər, - "Lenta www.lenta.ru” yazır.



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024