Tarix:06/06/11
Heç kimə sirr deyil ki, bu gün dünyada kibercinayətkarlıqla mübarizə, internet təhlükəsizliyinin təmin olunması kimi məsələlər İKT siyasətinin prioritetləri sırasındadır. Bununla belə, hakerlər, bir qədər dəqiqləşdirsək və loru dildə desək, “virtual cinayətkarlar” zaman-zaman bu təhlükəsizliyi pozmağa çalışırlar.
Təəssüflə də olsa qeyd edək ki, əksər hallarda da istədiklərinə müvəffəq olurlar. Çünki bir çox ölkələr hakerlərlə mübarizə aparsa da, hakerlərin yetişdirilməsi üçün dövlət büdcəsindən vəsait ayıran ölkələr də az deyil. Hətta Şimali Koreyada haker və proqramistlərin yetişdirilməsi üçün xüsusi təhsil ocağı da mövcuddur.
Adi həyatda oğurluğun məktəbi olmasa da, savadlı hakerlər belə virtual aləmdə etdikləri manevrlərə görə, adi həyatda törətdiyi pis əməllərə görə mühakimə olunan müttəhimlər qədər günahkardırlar.
Bəşər övladının dünyaya gəlməsi ilə cinayətkarların meydana çıxmasını, yeni texnologiyaların bərqərar olmasıyla hakerlərin yaranmasını müqayisə etsək, yəqin ki, səhvə yol vermərik. Təbii ki, hər iki halda qeyd olunan hadisələr arasında müəyyən zaman kəsiyi mövcud olub.
Tarixə nəzər salsaq görərik ki, kompyuter termini kimi təxminən 1960-cı ildən istifadə olunan “haker” artıq öz ilkin mənasını çoxdan itirib. İngiliscə «to hack» felindən formalaşan bu söz ilk zamanlarda informasiya texnologiyaları sahəsində həddindən artıq ixtisaslaşmış insanlara şamil olunsa da, zamanla “haker” daha xoşagəlməz məna daşımağa başlayaraq, bu sahədə cinayət xarakterli və bəd əməllərlə məşğul olan şəxslərə deyilməyə başlanılıb. Müşahidələr göstərir ki, kommunikasiya, kompyuter texnologiyasının inkişafı, mobil telefon şəbəkələrinin genişlənməsi, eyni zamanda cinayət əməllərinin törədilməsi üçün də şərait yaradıb. Bu təhlükə və problemlərlə üzləşən ölkələr birgə mübarizə üsulları axtarıblar ki, onların da ən effektivi Avropa Şurasının (AŞ) 2001-ci ildə qəbul etdiyi “Kibercinayətkarlıq haqqında Konvensiya”, 2003-cü ildə isə Kompyuter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə protokoludur. Konvensiyada şuraya daxil olan ölkələr nəzərdə tutulsa da, ona qoşulmaq yalnız üzvlüklə məhdudlaşmır. Bu sənədə AŞ-yə daxil olmayan ölkələr də böyük maraq göstərirlər. Məsələn, kompyuter texnologiyalarının geniş inkişaf etdiyi ABŞ bu problemlərlə üzləşən ən böyük dövlətlərdəndir və mübarizənin beynəlxalq mexanizminin yaradılmasında maraqlıdır. Konvensiyaya böyük maraq göstərən Yaponiya da onu imzalayıb. Bundan başqa, Cənub-Şərqi Asiyanın yüksək texnoloji-iqtisadi inkişafa nail olan ölkələri də burada iştirak edirlər.
Mütəxəssislər hesab edir ki, hazırda internet mühitində istifadə olunan proqramların zəif cəhətləri çox olduğuna görə hakerlər müxtəlif üsullardan hücum etmək imkanlarına malikdirlər. Daha çox “Internet Explorer “ və digər bu kimi məşhur proqramlarda mövcud olan boşluqdan yararlanmağa çalışan hakerlər bəzi hallarda istəklərinə nail olurlar. Təbii olaraq, həmin şirkətlər də müntəzəm surətdə öz məhsullarını və xidmətlərini təkmilləşdirirlər. Tədqiqatlar göstərir ki, əsasən hakerlər fərdi məlumatların ələ keçirilməsi, bank hesabları və s. ilə bağlı müxtəlif informasiyaların əldə olunması və onlardan istifadə ilə əhalinin müxtəlif təbəqələrinə ziyan vururlar. Hakerlərin digər fəaliyyət istiqaməti isə müxtəlif saytları, ümumiyyətlə, sıradan çıxarmaq, onların işini dayandırmaqdır. Bunun üçün də müxtəlif üsullardan istifadə olunur.
Vəziyyətdən çıxış yolu kimi hər bir vətəndaşa virtual aləmdə istifadə etdiyi şifrələrini çox gizli saxlaması məsləhət görülür. Hətta mütəxəssislər mütəmadi olaraq şifrələri dəyişməyi təklif edir. Uzun müddət bir şifrəni saxlamaq məqsədəuyğun sayılmır.
Antivirus və digər müxtəlif proqramların vasitəsi ilə hakerlərdən qorunmaq imkanları da var. Bu proqramları biz öz kompyuterlərimizə yükləyərək təhlükələrin böyük bir hissəsindən qoruna bilərik. Ekspertlər hesab edir ki, şəxsi veb saytların hakerlərdən qorunması provayderlərdən və onların təhlükəsizlik üzrə siyasətlərindən asılıdır. Çünki güclü təhlükəsizlik tədbirləri görüldüyü halda sayta qarşı yönəlmiş hücumların qarşısını almaq daha asan olur.
İstifadəçinin düzəltdiyi veb sayt, portal və sistemlər onların təhlükəsizliyi nəzərə alınaraq layihələndirilməlidir. Hazırda çoxlu sayda veb-dizaynla məşğul olan qrupların heç biri təhlükəsizlik qaydalarına riayət etmir. Çox ucuz qiymətə yaradılan saytların təhlükəsizliyinə zəmanət verilmir.
Əslində, hər bir informasiya resurslarına sahib olan şəxs mütləq informasiya təhlükəsizliyi üzrə tədbirlər görməli və bu tədbirlərin görülməsi üçün də xüsusi şirkətlərin xidmətlərindən istifadə etməlidir.
Ümumiyyətlə, hakerlərin fəaliyyətindən yaranan kibercinayətkarlıq ilk növbədə kompyuter sistemlərindən istifadə edərək cinayət əməllərinin törədilməsini əhatə edir. Kibercinayətlərin spesifik xüsusiyyətlərinə gəlincə, prosesdə zaman və məkan baxımından fərqli, müxtəlif ölkələrin nümayəndələrinin iştirak etməsidir. Bəzən isə iştirakçılar prosesə bilməyərəkdən cəlb edilirlər. Bu cinayətlər sırasına kompyuter şəbəkəsinin yüklənməsi də daxildir. Məsələn, kasıb, adambaşına gəlirin az olduğu, internetin sürəti az olan ölkələrdə insanlar internetə xeyli miqdarda vəsait sərf etməli olurlar. Belə ki, elektron poçtunun xeyli hissəsini spam tutanda istifadəçi öz vəsaitlərini mənasız yerə sərf etmiş olur. Buna qarşı mübarizə isə çox mürəkkəbdir. Ona görə də hesab edilir ki, beynəlxalq ictimaiyyət birgə tədbirlər görməli, telekommunikasiya, informasiya texnologiyaları üzrə texniki mütəxəssislər və hüquq-mühafizə orqanları birgə işləməlidirlər.
Mütəxəssislər tərəfindən İKT mütəxəssislərinin hüquq-mühafizə orqanlarında cinayət təqibini həyata keçirən adamlarla kompyuter sahəsinin inkişafı ilə bağlı mütəmadi treninqlər keçmələri də tövsiyə edilir. Kibercinayətin mahiyyətini daha yaxşı anlamaq və ənənəvi yanaşmanın olmaması üçün prokuror, müstəntiq, hakimlərlə də belə treninqlər aparılmalıdır. Ümumiyyətlə, bu qəbildən olan cinayətkarlıq həmişə vəsaitlərin əldə edilməsi ilə bağlı olmur. Kibercinayət əməlləri pozuculuq fəaliyyəti ilə də bağlıdır. Belə ki, milli münaqişələr, mübahisələr virtual məkana çevrilir və münaqişədə olan tərəflər qarşılıqlı olaraq bir-birinə ziyan vurmağa çalışırlar. Amma mütəxəssislər bunu effektiv metod hesab etmirlər. Çünki aralarında münaqişə olan ölkələr serverləri sıradan çıxarırlarsa, nəticədə hər iki tərəfin bundan ziyan çəkməsi qaçılmazdır. Ona görə də hətta ən mürəkkəb münasibətlərdə olan tərəflər bundan istifadə etməməyə çalışmalıdırlar.
Ümumiyyətlə isə hesab olunur ki, kompyuter cinayətkar qrupları yalnız bu sahədə ixtisaslaşmış sindikatlar deyil. Onlar təşkil olunmuş transmilli qruplardır və belə bir cinayət əməlindən daha çox bəhrələndiklərini gördükdə bu sahə üzrə mütəxəssisləri cəlb edərək yararlanmağa çalışırlar.
Bu gün isə kompyuter texnologiyaları vasitəsilə ağıla gəlməyən cinayətlər də törədilə bilər. Ona görə də kompyuter təhlükəsizliyi bütün ölkələrin diqqətində olan əsas məsələlərdəndir.
VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
Son günlərin İT (informasiya texnologiyaları) xəbərləri arasında hakerlərin çeşidli “məharət”ləri ilə bağlı çoxsaylı məlumatlar yer alır. Demək olar ki, hər gün dünyanın məşhur İKT şirkətlərinin və texnologiya istehsalçılarının server və resursları “hack” edilir.Heç kimə sirr deyil ki, bu gün dünyada kibercinayətkarlıqla mübarizə, internet təhlükəsizliyinin təmin olunması kimi məsələlər İKT siyasətinin prioritetləri sırasındadır. Bununla belə, hakerlər, bir qədər dəqiqləşdirsək və loru dildə desək, “virtual cinayətkarlar” zaman-zaman bu təhlükəsizliyi pozmağa çalışırlar.

Baxış sayı: 5003
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir