12px13px15px17px
Tarix:08/06/11

Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib

Yunanıstanda İnterpolun və amerika hökumət agentliklərinin saytlarına qanunsuz girişdə ittiham edilən 18 yaşlı haker həbs edilib. AFP bildirdiyi kimi, şübhəli şəxs Afina şəhər ətrafında anası ilə yaşadığı evlərində saxlanıb. Saxlanılan şəxsin adı bildirilmir.
Kibercinayətkarlıqla mübarizə bölməsinin başçısı Manolis Sfakianakis bildirib ki, haker 15 yaşında İnterpolun saytını sındırıb. 2009-cu ildə o, Pentaqon, FBR və ABŞ milli təhlükəsizlik agentliklətinin saytlarına qanunsuz giriş əldə edib. Nsplitter təxəllüslü haker ev kompüterindən bu cinayətləri həyata keçirib. Saytların qırmasından başqa, onu bank məlumatları oğurluğunda və kredit kartlarını saxtalaşdırılmasında ittiham edirlər.
Şübhəli şəxsin evində axtarış vaxtı təxminən 8 min avro, bir neçə noutbuk və sərt disk tapıblar. AP agentliyinin məlumatına görə, polis həmçinin qırma tüfənginə bir neçə patron və əldəqayrılma yandırıcı bomba aşkar edib. Hakerə elektron dələduzluq, bank kartlarını saxtalaşdırmaq, şəxsi məlumatlara qanunsuz giriş və qanunsuz silahla yiyələnmə ilə bağlı ittihamlar irəli sürülüb. Əgər bu sadalananlar sübut olunsa, haker ən azı 5 il həbsxana həyatı keçirəcəkdir.



Baxış sayı: 4238

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024