Tarix:08/06/11
Maraqlıdır ki, bu yeni ictimai təşkilat fəaliyyətə 8 fevralda qeyd olunan Beynəlxalq İnternet Təhlükəsizliyi günündən bir gün əvvəl başlayıb. Cəmiyyətin hamilik şurasına Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar üzrə naziri İqor Şöqolev başçılıq edib. O xatırladıb ki, 2-3 il bundan əvvəl internetin qaydaya salınma probleminə dövlət tərəfindən yanaşılmasının iki yolu ətrafında qızğın mübahisələr gedirdi. Birinci yol sərt senzuranı nəzərdə tuturdu. İkinci yol isə cəmiyyətin öz-özünü qaydaya salmasını. Prezident Dmitri Medvedevin rəhbərliyi ilə Rusiya 2-ci yol ilə getdi. Gənc istifadəçilərin əksəriyyəti müasir informasiya texnologiyaları haqqında öz valideynlərinə nisbətən daha yaxşı bilirlər. Uşaqların 40% -i müntəzəm surətdə şəbəkəyə daxil olurlar, təhlükəli material daşıyan saytlara baxırlar və virtual kələklərə məruz qalırlar. “Təhlukəsiz İnternet Cəmiyyəti”nin məqsədi – müzakirə vasitəsilə ideya və mübarizə üsulları yaradan ictimai meydança olmaqdır.
Cəmiyyətin ilk iştirakçıları “Rostelekom”, “VımpelKom”, “Megafon”, MTC və ictimai şəbəkələr üçün təhlükəsizlik sistemlərini hazırlayan şirkətlər olublar. İgor Şögolov bəyan edib ki, əsas ağırlıq telekommunikasiya şirkətlərinin üstünə düşür, çünki məhz onlar qanunsuz materialı yayanlarla əlaqəyə girəcəklər. Onun sözlərinə görə, Cəmiyyət cəzalandırıcı təşkilat deyil və o, müvafiq güc strukturları ilə əməkdaşlıq edərək yalnız məsləhətedici funksiyaları yerinə yetirəcək. Hər hansı bır saytın bağlanması haqqında qərarı ancaq məhkəmə qəbul edə biləcək.
İgor Şögolev ümid edir ki, şəbəkədə Cəmiyyəti pozuntular haqqında xəbərdar edən, özünü nizama salan dəstələr peyda olacaq. Cəmiyyətin icraçı direktoru Denis Davıdovun dediyinə görə, müsabiqə üzrə birinci qrant təhlükəli materialın monitorinq mərkəzinin yaranması üçün ayrılacaq.
Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” adlanan təşkilat qeydə alınıb. Cəmiyyətin əsas məqsədi internet şəbəkəsində olan və uşaqlar üçün təhlükə daşıyan materialın məhv edilməsidir.Maraqlıdır ki, bu yeni ictimai təşkilat fəaliyyətə 8 fevralda qeyd olunan Beynəlxalq İnternet Təhlükəsizliyi günündən bir gün əvvəl başlayıb. Cəmiyyətin hamilik şurasına Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar üzrə naziri İqor Şöqolev başçılıq edib. O xatırladıb ki, 2-3 il bundan əvvəl internetin qaydaya salınma probleminə dövlət tərəfindən yanaşılmasının iki yolu ətrafında qızğın mübahisələr gedirdi. Birinci yol sərt senzuranı nəzərdə tuturdu. İkinci yol isə cəmiyyətin öz-özünü qaydaya salmasını. Prezident Dmitri Medvedevin rəhbərliyi ilə Rusiya 2-ci yol ilə getdi. Gənc istifadəçilərin əksəriyyəti müasir informasiya texnologiyaları haqqında öz valideynlərinə nisbətən daha yaxşı bilirlər. Uşaqların 40% -i müntəzəm surətdə şəbəkəyə daxil olurlar, təhlükəli material daşıyan saytlara baxırlar və virtual kələklərə məruz qalırlar. “Təhlukəsiz İnternet Cəmiyyəti”nin məqsədi – müzakirə vasitəsilə ideya və mübarizə üsulları yaradan ictimai meydança olmaqdır.
Cəmiyyətin ilk iştirakçıları “Rostelekom”, “VımpelKom”, “Megafon”, MTC və ictimai şəbəkələr üçün təhlükəsizlik sistemlərini hazırlayan şirkətlər olublar. İgor Şögolov bəyan edib ki, əsas ağırlıq telekommunikasiya şirkətlərinin üstünə düşür, çünki məhz onlar qanunsuz materialı yayanlarla əlaqəyə girəcəklər. Onun sözlərinə görə, Cəmiyyət cəzalandırıcı təşkilat deyil və o, müvafiq güc strukturları ilə əməkdaşlıq edərək yalnız məsləhətedici funksiyaları yerinə yetirəcək. Hər hansı bır saytın bağlanması haqqında qərarı ancaq məhkəmə qəbul edə biləcək.
İgor Şögolev ümid edir ki, şəbəkədə Cəmiyyəti pozuntular haqqında xəbərdar edən, özünü nizama salan dəstələr peyda olacaq. Cəmiyyətin icraçı direktoru Denis Davıdovun dediyinə görə, müsabiqə üzrə birinci qrant təhlükəli materialın monitorinq mərkəzinin yaranması üçün ayrılacaq.
Baxış sayı: 4064
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir