Tarix:08/07/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, istifadəçilərə cavabı şəhər və ölkələrin coğrafi adları ilə bağlı olan tapmacalar tapmağı təklif edilir. Suala cavab vermək üçün coğrafi nöqtəyə, “Google Maps”da axtarış nəticəsinin işarələndiyi sancaq qoymaq tələb olunur.
Oyunçuların topladıqları xallar coğrafi millərlə ölçülür. İlkin mərhələdə hər bir istifadəçiyə bir min mil təqdim edilir. “Sancaq” nə qədər yaxın qoyulsa, o qədər çox bonus milləri toplamaq olar. İstifadəçi səhv etdikdə isə onun hesabından səhv etdiyi məsafə qədər bal çıxılır.
Oyunda bir neçə sual kateqoriyası mövcuddur. Bəzilərində söhbət məşhur filmlərin hadisələrinin baş verdiyi yerlərdən, digərlərində - bu və ya digər məhsulun istehsal edildiyi yerdən gedir.
Bu, “Google Maps”a əsaslanmış yeganə oyun deyil. Əlavələr dükanında ”GeoGuesser” servisi də mövcuddur ki, bu xidmət şəhər və ölkələri “Street View” panoramları ilə müəyyən etməyi təklif edir.
Bununla yanaşı, “Google” müntəzəm olaraq müxtəlif bayramlar ərəfəsində xüsusi mini-oyunlar təqdim edir. Misal üçün, aprelin 1-də “Google” istifadəçilərinə mobil əlavəsində pokemonlar axtarmağı təklif edib.
Aynur Vəliyeva
“Google” coğrafiya biliklərinə əsaslanan oyun təqdim edib
“Google” şirkətinin xəritə servisi “Ağıllı sancaq” adlı interaktiv coğrafi oyun təqdim edib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, istifadəçilərə cavabı şəhər və ölkələrin coğrafi adları ilə bağlı olan tapmacalar tapmağı təklif edilir. Suala cavab vermək üçün coğrafi nöqtəyə, “Google Maps”da axtarış nəticəsinin işarələndiyi sancaq qoymaq tələb olunur.
Oyunçuların topladıqları xallar coğrafi millərlə ölçülür. İlkin mərhələdə hər bir istifadəçiyə bir min mil təqdim edilir. “Sancaq” nə qədər yaxın qoyulsa, o qədər çox bonus milləri toplamaq olar. İstifadəçi səhv etdikdə isə onun hesabından səhv etdiyi məsafə qədər bal çıxılır.
Oyunda bir neçə sual kateqoriyası mövcuddur. Bəzilərində söhbət məşhur filmlərin hadisələrinin baş verdiyi yerlərdən, digərlərində - bu və ya digər məhsulun istehsal edildiyi yerdən gedir.
Bu, “Google Maps”a əsaslanmış yeganə oyun deyil. Əlavələr dükanında ”GeoGuesser” servisi də mövcuddur ki, bu xidmət şəhər və ölkələri “Street View” panoramları ilə müəyyən etməyi təklif edir.
Bununla yanaşı, “Google” müntəzəm olaraq müxtəlif bayramlar ərəfəsində xüsusi mini-oyunlar təqdim edir. Misal üçün, aprelin 1-də “Google” istifadəçilərinə mobil əlavəsində pokemonlar axtarmağı təklif edib.
Aynur Vəliyeva
Baxış sayı: 879
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib