Tarix:08/07/14
Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin iyun ayının 30-na qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 799 944 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı 427 854 nəfər olub. Belə ki, 427 854 nəfər ümumən 799 944 dəfə portala baxıb və 1385054 elektron xidmətə müraciət ediblər.
Həmin şəxslər 2780539 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 03 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır.
Bu dövr ərzində portala müraciət edənlərin 53,6 faizini yeni istifadəçilər, 46,4 faizini təkrar müraciət edənlər təşkil edir. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 117 255-ə çatıb.
Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 350 ədəd olub.
Həmçinin 30.06.2014 tarixə elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə verilmiş elektron imzaların sayı 19 239 ədədə çatdırılıb. Bundan 13 034-ü dövlət hakimiyyəti orqanlarına, 1004-ü hüquqi şəxslərə, 5201 ədədi isə vətəndaşlara verilib.
Həqiqət İSABALAYEVA
“Elektron hökumət” portalının xidmətlərindən nə qədər insan yararlanır?
"Elektron hökumət" portalına daxil olanların sayı 427854 nəfərə çatıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) "Elektron hökumət" portalına daxilolmaların mütəmadi statistikasını aparır.Statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2014-cü ilin iyun ayının 30-na qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 799 944 daxilolma qeydə alınıb.
Portala müraciət edənlərin ümumi sayı 427 854 nəfər olub. Belə ki, 427 854 nəfər ümumən 799 944 dəfə portala baxıb və 1385054 elektron xidmətə müraciət ediblər.
Həmin şəxslər 2780539 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 03 saniyə olub. Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır.
Bu dövr ərzində portala müraciət edənlərin 53,6 faizini yeni istifadəçilər, 46,4 faizini təkrar müraciət edənlər təşkil edir. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 117 255-ə çatıb.
Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 350 ədəd olub.
Həmçinin 30.06.2014 tarixə elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən dövlət orqanlarının əməkdaşlarına, hüquqi və fiziki şəxslərə verilmiş elektron imzaların sayı 19 239 ədədə çatdırılıb. Bundan 13 034-ü dövlət hakimiyyəti orqanlarına, 1004-ü hüquqi şəxslərə, 5201 ədədi isə vətəndaşlara verilib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 779
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı