12px13px15px17px
Tarix:09/07/14

TASİM layihəsi üzrə 5-ci Beynəlxalq seminar keçiriləcək

Paytaxt Bakıda Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi üzrə 5-ci Beynəlxalq seminarı keçiriləcək.
 
Cari ilin iyul ayının 11-də “Ramada” mehmanxanasında təşkil olunacaq seminarda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə iştirak edəcək.
 
Beynəlxalq tədbirdə layihənin üzv-operatorları – RYTN, “ChinaTelecom”, ”Kaztranscom”, “Rostelecom” və “TurkTelekom” şirkətlərinin məsul işçiləri iştirak edəcəklər.
 
 
İclasda  TASİM  layihəsinin biznes modeli və strategiyası, Asiya-Avropa tranziti üzrə yaranan gəlirlər imkanı, Dünya Bankı tərəfindən təklif - üçüncü TASİM marşrutu, Trans-Xəzər sualtı kəmərinin çəkilisi və sair məsələlər müzakirə olunacaq.
 



Baxış sayı: 770

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024