12px13px15px17px
Tarix:10/07/14

Cənubi Koreya istehsalçıları hakimiyyətdən yardım alacaq

Cənubi Koreya hökuməti yerli panel istehsalçıları “Samsung Display” və “LG Display” şirkətləri ilə displey texnologiyalarının birgə hazırlanmasına dair saziş imzalayıb. Yaxın beş ildə layihəyə investisiyaların həcmi 30 milyard von (29,6 milyon dollar) təşkil edəcək. Bu barədə Cənubi Koreya Ticarət, Sənaye və Energetika Nazirliyinin bəyanatında deyilir.

İmzalanmış saziş çərçivəsində şirkətlər mobil qurğular və digər yeni nəsil elektronikanın ekranlarında istifadə edilən ekoloji təmiz texnologiyaların hazırlanması ilə məşğul olacaq. İşlər yerli müəssisələrdə aparılacaq, hazırlanan məhsullar isə sonradan xarici ölkələrə satılacaq.

Qeyd edək ki, panellər Cənubi Koreya üçün əhəmiyyətli ixrac məhsuludur. 2014-cü ilin birinci rübündə yerli istehsalçılar xarici şirkətlərə 12,2 milyard dollar məbləğində maye-kristal satıblar ki, bu da ölkənin qeyd olunan müddət ərzində ümumi ixrac həcminin 4,3 faizinə bərabərdir.

2013-cü ildə Cənubi Koreyadan malların ixracı 2,1 faiz artdığı halda idxal 0,8 faiz azalıb. Bu, 44,09 milyard dollar məbləğində ticarət profisitinin yaranmasına səbəb olub. Ticarət, Sənaye və Energetika Nazirliyi cari ildə ixracın 6,4 faiz artacağını (çip, avtomobil və gəmiqayırma bazarları daxil olmaqla) proqnozlaşdırır, - “DailyComm www.dailycomm.ru” yazır.     






Baxış sayı: 599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024