12px13px15px17px
Tarix:10/07/14

Milyarderlər bitkoin startapına sərmayə qoyur

Rusiyalı milyarder  bitkoin pul cüzdanı üçün olan debet kartı təqdim edən servisə sərmayə qoyub.
Belə ki, "Xapo" startapına 20 milyon dollar sərmayə cəlb edilib.

Sərmayələr rusiyalı milyarder Yuriy Milner, "Yahoo!" yaradıcılarından biri Cerri Yanq və "PayPal" yaradıcısı Maks Levçin tərəfindən ayrılıb.

Startapın əsas investorları isə "Greylock Partners" və "Index Ventures" fondlarıdır. "Xaro" şirkəti 100 milyon dollara qiymətləndirilib.

"Xapo" öz müştərilərinə iki alət təklif edir: mobil qurğulardan tranzaksiyalar həyata keçirmək və bitkoin saxlamaq üçün "Xapo Wallet" pul cüzdanı və bu pul cüzdanına bağlı  "Xapo Debit Card" debit kartı. Onun köməyi ilə bitkoinlərlə adi bank kartları qəbul edən terminallar vasitəsi ilə alış-veriş etmək olar.

İstifadəçilər "Xapo" pul cüzdanlarına digər hesablardan pul köçürə bilərlər ki, bu valyutalara da avtomatik şəkildə cari məzənnəyə uyğun şəkildə konvertasiya olunacaqlar.

"Xapo" startapı 2012-ci ildə yaradılıb və artıq bu il mart ayında bir sərmayə raundu keçirərək 20 milyon dollar əldə edib.


Aynur Vəliyeva



Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024