Tarix:10/07/14
Gələcək “G.fast” (ITU G.9700) standartının genişlənməsi hesab olunan “XG-FAST” texnologiyasının köməyi ilə laboratoriya şəraitində məlumatların ötürülmə sürətini maksimal məsafəni 70 metr saxlamaqla 1,25 Qbit/saniyədən 2 Qbit/saniyəyədək (hər bir tərəfə 1 Qbit/saniyə) artırmaq mümkün olub.
Bundan başqa, iki cüt naqildən istifadə edən “XG-FAST” 30 metr məsafədə 10 Qbit/saniyə sürətini nümayiş etdirib.
Məsafənin kiçik olması çatışmazlıq deyil. Nəzərdə tutulur ki, “G.fast” bilavasitə abunəçilərin evinə çəkilməsinə ehtiyac olmayan optik-lif rabitə kanallarını tamamlayacaq. Belə ki, optik-lif xəttini binanın giriş hissəsinə çəkərək sonradan trafiki mövcud mis infrastruktur ilə paylamaq kifayət edir.
Qeyd edək ki, hazırda “G.fast” standartının real şəraitdə hətta köhnə versiyalarından istifadə olunmur. “G.9700” standartının 2016-cı ildə təsdiqlənməsi planlaşdırılır, - “Xaker www.xakep.ru” yazır.
Mis telefon kabellə informasiyanın ötürülməsi üzrə dünya rekordu təzələnib
Telekommunikasiya nəhəngi “Alcatel-Lucent” şirkətinin “Bell Labs R&D” elmi tədqiqat bölməsi mis telefon kabellə informasiyanın ötürülməsi üzrə dünya rekordunu yeniləyib.Gələcək “G.fast” (ITU G.9700) standartının genişlənməsi hesab olunan “XG-FAST” texnologiyasının köməyi ilə laboratoriya şəraitində məlumatların ötürülmə sürətini maksimal məsafəni 70 metr saxlamaqla 1,25 Qbit/saniyədən 2 Qbit/saniyəyədək (hər bir tərəfə 1 Qbit/saniyə) artırmaq mümkün olub.
Bundan başqa, iki cüt naqildən istifadə edən “XG-FAST” 30 metr məsafədə 10 Qbit/saniyə sürətini nümayiş etdirib.
Məsafənin kiçik olması çatışmazlıq deyil. Nəzərdə tutulur ki, “G.fast” bilavasitə abunəçilərin evinə çəkilməsinə ehtiyac olmayan optik-lif rabitə kanallarını tamamlayacaq. Belə ki, optik-lif xəttini binanın giriş hissəsinə çəkərək sonradan trafiki mövcud mis infrastruktur ilə paylamaq kifayət edir.
Qeyd edək ki, hazırda “G.fast” standartının real şəraitdə hətta köhnə versiyalarından istifadə olunmur. “G.9700” standartının 2016-cı ildə təsdiqlənməsi planlaşdırılır, - “Xaker www.xakep.ru” yazır.
Baxış sayı: 667
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır