12px13px15px17px
Tarix:10/07/14

Dövlət Komissiyasının elektron xidmətlərindən istifadə sayı 3 milyonu ötüb

Bu ilin aprel, may və iyun ayları ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) göstərdiyi elektron xidmətlərdən 3 milyondan çox istifadə qeydə alınıb.
 
“ICTnews” elektron xəbər xidmətinin TQDK-ya istinadən verdiyi məlumata görə, hazırda komissiya vətəndaşlara 14 növ elektron xidmət göstərir.
 
Bu ilin II rübündə “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” (636248), “Namizədlərə onların cavab kartlarının qrafik təsvirlərinin internet vasitəsilə verilməsi” (341615), “TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı” (268497), “İnternetdə videomühazirələr” (178673) və “Sınaq imtahanına yazılış” (150014) xidmətləri TQDK-nın ən çox istifadə olunan elektron xidmətlərinin ilk beşliyində yer alıb.
 
İstifadə sayına görə sonrakı mövqelərdə  “Namizədlərin (abituriyentlərin, bakalavrların, namizədlərin (rezidenturaya sənəd verənlər) ərizələrinin onlayn qəbulu” (129696), “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” (1287252), “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması” (96753), “Bakalavrların bakalavr pilləsinə qəbul olmaq üçün təqdim etdikləri ərizələrin iş nömrələrinin axtarışı” (8178), “Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” (7274), “TQDK-nın yenilikləri barədə SMS məlumatlandırma” (1341) elektron xidmətləri qərar tutub.
 
Bu müddət ərzində digər xidmətlərlə müqayisədə ən az istifadə sayı  “Onlayn sınaq imtahanının keçirilməsi” (525), “TQDK nəşrlərinin və onların elektron versiyalarının onlayn satışı” (305) və “Vətəndaşların TQDK-nın rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması” (125) xidmətləri üzrə olub.
 
Qeyd edək ki, ümumilikdə elektron xidmətlərin istifadəçiləri  3106496 əməliyyat həyata keçirib.
 
CAHANGİR



Baxış sayı: 580

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024