12px13px15px17px
Tarix:10/07/14

2018-ci ildə dünyada smartfonların tədarükü 2 milyard ədədi ötəcək

Dünyada smartfonların satışı tədricən zəifləsə də, “ABI Research” analitiklərinin qənaətinə görə, yaxın illərdə bu bazarda müsbət dinamika saxlanılacaq.

Ekspertlərin proqnozuna görə, cari ildə smarfonların qlobal tədarükü 1,25 milyon qurğuya çatacaq, daha dörd ildən sonra 2 milyardlıq səviyyəni ötəcək. Ümumilikdə bazarın nəzərdən keçirilən dövrdə (2014-2019-cu illər) həcmi ildə təxminən 12 faiz artacaq.

Rəqəmləri şərh edən “ABI Research” analitiki Nik Spenser qeyd edib ki, artım tempinin zəifləməsinə baxmayaraq smartfonlar bazarı genişlənmə imkanına malikdir, çünki dünyada mobil abunəçilər arasında smartfon sahiblərinin payı hələ ki 30 faizə çatmayıb.

Mütəxəssislərin sözlərinə görə, inkişaf etmiş bazarlarda bu nisbətin yüksək olması və 60 faiz təşkil etməsi səbəbindən gələcəkdə smartfonlar inkişaf etməkdə olan bazarlara daha fəal yayılacaq, onların orta satış qiyməti isə ucuzlaşacaq.

Analitiklərin fikrincə, dünya smartfonlar bazarında əsas hərəkətverici qüvvə Çin və Hindistan istehsalçıları (Xiaomi, Huawei, ZTE, Micromax, Karbonn, Lava və s.) olacaq. Bu istehsalçılar Afrika, Asiya, Yaxın Şərq və Cənubi Amerika ölkələri üçün nəzərdə tutulan “Android” əməliyyat sistemli ucuz qurğularda ixtisaslaşıb, - “DailyComm www.dailycomm.ru” yazır.  




Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024