12px13px15px17px
Tarix:10/07/14

“Nar Mobile” “Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsinə start verdi

"Nar Mobile" mobil operatoru yeni "Nitq və eşitmə qüsurlular üçün məktəb" layihəsini reallaşdırmağa başlayıb. Belə ki, 2014-cü ilin iyul, avqust və sentyabr aylarında eşitmə qüsurlu insanların bacarıqlarının artırılması üçün mobil operator tərəfindən xüsusi kurslar təşkil olunacaq. Layihə çərçivəsində təşkil olunacaq kurslara yaşları 15 ilə 28 arasında olan  nitq və eşitmə qüsurlu 25 gənc qatılacaq. Məşğələlər florist-dizayner, bərbər, kompüter texnologiyaları və dekorativ əl işlərindən ibarət olmaqla dörd istiqamət üzrə aparılacaq. Mobil operator kurslarda fərqlənən gənclərin işlə təmin edilmələri üçün də lazım olan dəstəyi əsirgəməyəcək.
 
Fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya edilməsi missiyasına böyük töhfə verən "Nar Mobile" mobil operatoru artıq bir neçə ildir ki, bu təşəbbüslə çıxış edir. Mobil operator özünün "Eşitməmək – düşünməmək deyil" layihəsi çərçivəsində nitq və eşitmə qabiliyyəti məhdud olan insanları işlə təmin etmiş nadir şirkətlərdən biridir. Belə ki, şirkətdə hazırda 15 nəfər eşitmə qabiliyyəti məhdud olan əməkdaş çalışır. Bununla yanaşı, mobil operator eşitmə qüsurlu insanların kompüter biliklərinə yiyələnmələri üçün xüsusi olaraq kompüterdən istifadə videokursları hazırlamışdır. "Microsoft Word", "Microsoft Excel", "Microsoft PowerPoint" və digər əsas kompüter proqramlarını tədris edən videokurslar eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslər üçün ilkin hazırlıq xarakteri daşımaqla bərabər, onların ofis mühitinə tamamilə rahatlıqla adaptasiya olmaları üçün geniş imkanlar yaratmışdır.
 
Fiziki imkanları məhdud olan insanlara karyera fürsəti verən "Nar Mobile" öz təcrübəsindən çıxış edərək digər şirkətləri də nitq və eşitmə qüsurlu insanları işlə təmin etməyə çağırır.



Baxış sayı: 1069

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024