12px13px15px17px
Tarix:11/07/14

“Bakcell” şirkəti “Expressbank”ın ödəniş sisteminə qoşuldu

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Expressbank” tərəfindən istifadəyə verilmiş yeni “ExpressPay” sürətli ödəmələr sisteminə qoşulub. Bu sistemin yaradılmasında məqsəd vətəndaşların “ExpressPay” ödəmə sistemi vasitəsilə ödənişlərini daha sürətli və daha rahat etməkdir.
 
Qeyd olunan ödəmə sistemi vasitəsilə istifadəçilər daha sürətli və rahat yolla mobil rabitə, kommunal xidmətlər və digər ödənişlər etməklə yanaşı, bankdaxili pulköçürmə xidməti, kino və teatrlara biletlər alışı və digər çoxsaylı xidmətlərdən yararlana biləcəklər. “ExpressPay” xidmətindən yararlanmaq üçün “Expressbank” filiallar şəbəkəsində, ticarət və əyləncə mərkəzləri və vətəndaşların sıx olduğu digər müxtəlif obyektlərdə çoxsaylı xüsusi ödəmə terminalları yerləşdirilməsi nəzərdə tutulur.
 
Ödəmə terminalları ilə yanaşı, “Expressbank” bu ödəniş sisteminin daha rahat olması məqsədilə tezliklə mobil qurğular üçün xüsusi proqram hazırlayacaq. İnternet vasitəsilə və ya “Expressbank”ın istənilən filialında bu proqramı mobil qurğuya yükləməklə dünyanın istənilən nöqtəsindən mobil ödənişlər etmək mümkün olacaq.

RƏVAN
 



Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024