12px13px15px17px
Tarix:11/07/14

“Microsoft” strategiyasını dəyişəcək

"Microsoft" korporasiyasının baş direktoru Satya Nadella bildirib ki, istifadəçinin iş səmərəliliyinin artırılması üçün həllər strategiyada prioritet təşkil edəcək. Bu barədə baş direktor korporasiyanın saytında əməkdaşlara ünvanlanmış açıq məktubda yazıb.
 
"Son vaxtlar biz özümüzü qurğu və servislər şirkəti adlandırmışıq. Lakin əslində "Microsoft" dünyada səmərəli iş üçün mobil və "bulud" texnologiyalarının idarə etdiyi həll və platformalar şirkətidir. Biz səmərəlilik anlayışını yenidən müəyyən edəcəyik ki, hamıya və bütün şirkətlərə daha çox uğur qazanmağa imkan verək", - S.Nadella yazır.
 
"Microsoft" rəhbərinin sözlərinə görə, korporasiya üçün səmərəlilik anlayışı sənəd, cədvəl və slayd çərçivəsindən kənara çıxır. "Biz istifadəçilərin istəyini əvvəlcədən biləcək, fərdi və faydalı olacaq həllər yaradacağıq. Biz təşkilatlara avtomatlaşdırılmış biznes proseslərdən intellektual biznes proseslərə keçməyə kömək edəcəyik", - o vurğulayıb. 
 
Yeni strategiyanın reallaşmasının nümunəsi kimi "Office" fərdi kompüter paketinin tədricən "Office 365" onlayn servisinə keçirilməsidir. Bundan başqa, "Microsoft" fərdi iş alətlərinə qruplarda iş üçün funksiyaları aktiv şəkildə tətbiq etməyə başlayıb. Yeni strategiyaya həmçinin "Windows" əməliyyat sistemi və korporasiyanın istehsal etdiyi qurğulara şamil edilir. Əsas nümunə - korporasiyanın iş qurğusu kimi qələmə verdiyi "Surface Pro 3" planşet kompüteri göstərilir.
 
"Microsoft" rəhbəri qeyd edib ki, "Xbox" oyun qurğusu bölməsi korporasiyanın işinin tərkib hissəsini təşkil edir və brend bundan sonra da inkişaf etdiriləcək.  
 
İstifadəçi məlumatlarının mühafizəsindən danışan baş direktor bəyan edib ki, korporasiyada bütün insanlar texnologiyaları həm işdə, həm təhsildə, həm də şəxsi həyatda tətbiq edən potensial "ikili istifadəçi" kimi qəbul edilir. S.Nadellanın sözlərinə görə, "Microsoft" platformaları üçün əlavə və servislər məlumatların məxfiliyində tələbat nəzərə alınmaqla məhz ikili istifadəyə uyğunlaşdırılacaq, - "Lenta www.lenta.ru" yazır.



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024