Tarix:11/07/14
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin verdiyi məlumata əsasən, sazişin imzalanması layihə çərçivəsində əməliyyatların başlanmasına imkan verəcək.
“Bu, bütün iştirakçılardan güclü birgə səy tələb edəcək. Əminəm ki, qarşılıqlı faydalı, kommersiya cəhətdən hər tərəfə uyğun olan strateji həllin əldə edilməsi mümkündür və Azərbaycan bu mövzuda səylərini əsirgəməyəcək. Bu gün Bakıda keçirilən seminarın layihənin gerçəkləşməsində irəliləyişə səbəb olacağına ümid edirəm. Əlbəttə, biz bütün kommersiya, texniki və hüquqi detalları əhatə edə bilmərik, lakin biz, TASİM biznes model inkişafı, gəlir paylaşımının razılaşdırılması və TASİM marşrutun yekunlaşması kimi mövzularda müzakirə edərək əhəmiyyətli tərəqqiyə nail oluruq”, - deyə nazir müavini qeyd edib.
E. Vəlizadənin sözlərinə əsasən, hazırda artıq layihənin dənizaltı seqmentinin tikintisi ilə bağlı Qazaxıstanla danışıqlarda irəliləyiş var, lakin magistralın Türkmənistan istiqamətində bir qolunun tikintisi də istisna edilmir.
Aynur Vəliyeva
Azərbaycan TASİM layihəsinin dənizaltı seqmentinin iki xətt ilə tikintisi istisna edilmir
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Trans-Avrasiya Super İnformasiya Magistralı”nın layihəsi çərçivəsində növbəti mərhələdə 2016-cı ildə Prinsipial Sazişi imzalamağı planlaşdırır.Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin verdiyi məlumata əsasən, sazişin imzalanması layihə çərçivəsində əməliyyatların başlanmasına imkan verəcək.
“Bu, bütün iştirakçılardan güclü birgə səy tələb edəcək. Əminəm ki, qarşılıqlı faydalı, kommersiya cəhətdən hər tərəfə uyğun olan strateji həllin əldə edilməsi mümkündür və Azərbaycan bu mövzuda səylərini əsirgəməyəcək. Bu gün Bakıda keçirilən seminarın layihənin gerçəkləşməsində irəliləyişə səbəb olacağına ümid edirəm. Əlbəttə, biz bütün kommersiya, texniki və hüquqi detalları əhatə edə bilmərik, lakin biz, TASİM biznes model inkişafı, gəlir paylaşımının razılaşdırılması və TASİM marşrutun yekunlaşması kimi mövzularda müzakirə edərək əhəmiyyətli tərəqqiyə nail oluruq”, - deyə nazir müavini qeyd edib.
E. Vəlizadənin sözlərinə əsasən, hazırda artıq layihənin dənizaltı seqmentinin tikintisi ilə bağlı Qazaxıstanla danışıqlarda irəliləyiş var, lakin magistralın Türkmənistan istiqamətində bir qolunun tikintisi də istisna edilmir.
Aynur Vəliyeva
Baxış sayı: 740
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı