12px13px15px17px
Tarix:12/07/14

Fransada "Amazon” şirkətinə kitabların pulsuz çatdırılması qanunla qadağan olunub

Fransa hakimiyyəti "Amazon" şirkətinə müştərilərə kitabları pulsuz çatdırmağı qanunla qadağan edib.
Fransa hökumətinin internet ticarəti sahəsinin nəhəngi ilə rəqabətə dözməyən kitab mağazalarının qorunmasına yönələn qanunu cümə günü qüvvəyə minib. 

Lakin "Amazon" rəhbərliyi qadağadan yayınmaq üçün sadə üsul tapa bilib. "Yeni qanun Fransada sizlərə alınmış kitabların pulsuz çatdırılmasını təklif etməyi qadağan edir. Lakin sizlərin çoxu daha sərfəli şərtlər görmək istərdi. Buna görə biz kitabların çatdırılması üçün 1 sent məbləğində ödəniş müəyyən etmişik", - şirkətin saytında qeyd edilib.

Bu addım qanunidir, çünki yeni qanunda çatdırılma üçün qiymətin təyinolunma mexanizmi göstərilməyib, yalnız onun pulsuz həyata keçirilməsi qadağan edilib.

Ümumilikdə qanun təkcə "Amazon"a qarşı deyil, kitab satışı ilə məşğul olan bütün internet şirkətlərinə yönəlib. Məsələn, qanun ABŞ şirkətinin rəqibi olan Fransanın "Fnac" şəbəkəsinə də eyni dərəcədə şamil edilir və bu səbəbdən şirkət müştərilər üçün simvolik ödəniş tətbiq etməyə hazırlaşır.   

"Yaxın günlərdə biz işimizi yenidən təşkil edəcəyik və çatdırılmanı 1 sentə təklif edəcəyik", - "Fnac" rəhbərliyi bildirib.

Qeyd edək ki, 1986-cı ildən Fransada kitab satışını bilavasitə özü həyata keçirən və kitab mağazalarının vasitəçiliyindən yararlanmayan nəşriyyatların buraxılış qiymətini 5 faiz azaltmaq imkanına malik olması barədə qayda qüvvədədir. İnternetin inkişafı ilə bu üstünlüklərdən elektron ticarət şəbəkələri istifadə edib.   
Nəticədə əksər kitab mağazalarının, xüsusilə müstəqil mağazaların maliyyə vəziyyəti pisləşib. Onların qorunması üçün qanun hazırlanıb. Qanun pulsuz çatdırılma ilə yanaşı, "Amazon"u və ona bənzər şirkətləri həmin 5 faizlik güzəştdən məhrum edib. Bu, mağazalarda və internetdə kitabların qiymətinin eyni olması ilə nəticələnib, - "İTAR-TASS www.itar-tass.com" yazır. 
 
 



Baxış sayı: 620

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024