Tarix:12/07/14
Proses Avrasiya İqtisadi Komissiyası Kollegiyasının 17 sentyabr 2013-cü il tarixli, 196 saylı qərarına əsasən, həmçinin Gömrük İttifaqının gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin ilkin məlumat mübadiləsinin aparılması haqqında 21 may 2010-cu il tarixli Sazişə müvafiq olaraq həyata keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) qeyd edilib ki, Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sözügedən qərarına əsasən, malları Gömrük İttifaqının gömrük ərazisinə dəmiryol nəqliyyatı vasitəsilə gətirən daşıyıcı (o cümlədən gömrük daşıyıcısı) malların Gömrük İttifaqının gömrük sərhədindən keçirilməsinə ən azı 2 saat qalmış mallar barədə ilkin məlumatlar təqdim etməlidir. Səlahiyyətli iqtisadi operatorlar, gömrük təmsilçiləri, ekspeditorlar, mallar üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarına malik olan şəxslər və digər maraqlı şəxslər ilkin məlumatlandırmanı həyata keçirmək üçün mallara dair məlumatları malların sərhəddən keçiriləcəyi Gömrük İttifaqı üzv dövlətinin daşıyıcısına malların çatdırılmasından ən azı 4 saat əvvəl təqdim edirlər.
Daşıyıcı ilkin məlumatları qeyd olunan şəxslərdən qəbul edir və sistemləşdirir. Məlumatlar malların keçirildiyi yerin gömrük orqanına təqdim olunur.
Məlumatlar tam həcmdə verilmədikdə və ya strukturu və formatı müəyyən olunan texniki tələblərə uyğun olmadıqda ilkin məlumatı təqdim edən şəxsə göstərilən səbəblərdən ilkin məlumatların qəbul edilməməsi barədə elektron məlumat göndərilir. Bu halda ilkin məlumatlar təqdim edilməmiş hesab olunur.
Mallar keçirilmə yerində tranzit gömrük proseduru altında yerləşdirildikdə təqdim olunan ilkin məlumatlar tranzit bəyannaməsinin elektron surəti kimi istifadə olunur, bir şərtlə ki, ilkin məlumatlarla kommersiya, nəqliyyat və digər sənədlərdəki məlumatlar arasında uyğunsuzluqlar olmasın.
Həqiqət İSABALAYEVA
Avrasiya İqtisadi Komissiyasının oktyabrdan qüvvəyə minəcək tələbi ilə bağlı düzgün ilkin informasiya verməyənlərə elektron məlumat göndəriləcək
2014-cü ilin 1 oktyabr tarixindən etibarən Gömrük İttifaqının gömrük ərazisinə dəmiryol nəqliyyatı vasitəsilə daxil olan mallarla bağlı məcburi ilkin məlumatlandırma tələbi qüvvəyə minəcək.Proses Avrasiya İqtisadi Komissiyası Kollegiyasının 17 sentyabr 2013-cü il tarixli, 196 saylı qərarına əsasən, həmçinin Gömrük İttifaqının gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin ilkin məlumat mübadiləsinin aparılması haqqında 21 may 2010-cu il tarixli Sazişə müvafiq olaraq həyata keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) qeyd edilib ki, Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sözügedən qərarına əsasən, malları Gömrük İttifaqının gömrük ərazisinə dəmiryol nəqliyyatı vasitəsilə gətirən daşıyıcı (o cümlədən gömrük daşıyıcısı) malların Gömrük İttifaqının gömrük sərhədindən keçirilməsinə ən azı 2 saat qalmış mallar barədə ilkin məlumatlar təqdim etməlidir. Səlahiyyətli iqtisadi operatorlar, gömrük təmsilçiləri, ekspeditorlar, mallar üzərində sahiblik, istifadə və sərəncamvermə hüquqlarına malik olan şəxslər və digər maraqlı şəxslər ilkin məlumatlandırmanı həyata keçirmək üçün mallara dair məlumatları malların sərhəddən keçiriləcəyi Gömrük İttifaqı üzv dövlətinin daşıyıcısına malların çatdırılmasından ən azı 4 saat əvvəl təqdim edirlər.
Daşıyıcı ilkin məlumatları qeyd olunan şəxslərdən qəbul edir və sistemləşdirir. Məlumatlar malların keçirildiyi yerin gömrük orqanına təqdim olunur.
Məlumatlar tam həcmdə verilmədikdə və ya strukturu və formatı müəyyən olunan texniki tələblərə uyğun olmadıqda ilkin məlumatı təqdim edən şəxsə göstərilən səbəblərdən ilkin məlumatların qəbul edilməməsi barədə elektron məlumat göndərilir. Bu halda ilkin məlumatlar təqdim edilməmiş hesab olunur.
Mallar keçirilmə yerində tranzit gömrük proseduru altında yerləşdirildikdə təqdim olunan ilkin məlumatlar tranzit bəyannaməsinin elektron surəti kimi istifadə olunur, bir şərtlə ki, ilkin məlumatlarla kommersiya, nəqliyyat və digər sənədlərdəki məlumatlar arasında uyğunsuzluqlar olmasın.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 667
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır