12px13px15px17px
Tarix:14/07/14

Kompüter oyunları üzrə IX Milli Çempionatın Bakı üzrə Zona yarışlarının keçiriləcəyi tarix və məkan müəyyən olunub

Kompüter oyunları üzrə IX Milli Çempionatın Zonalar üzrə seçmə mərhələsi davam edir. Artıq indiyə qədər Sumqayıt, Quba-Xaçmaz, Astara, Ağdaş, Ucar, Şəmkir şəhərində Zona üzrə seçmə mərhələsi başa çatıb.
 
Hazırda isə Bakı üzrə Zona yarışlarının keçiriləcəyi tarix və məkan müəyyən olunub. Azərbaycan Kiberidman Federasiyasının prezidenti Ramil Əliyevin sözlərinə görə, seçmə oyunlar iyulun 25-27-də “Game Zone” klubunda (Ünvan: Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsi, ev 21. (Bakı kinoteatrının və “Cafe Max” klubunun yaxınlığındakı doqquzmərtəbəli binanın altı) təşkil ediləcək. 
 
 
Qeyd edək ki, çempionatda iştirak etmək üçün zonalar üzrə ayrılan kvotalara görə Bakı: hər komanda oyunu üzrə 4, hər fərdi oyun üzrə 4 kvota; Abşeron zonası: hər komanda oyunu üzrə 2, hər fərdi oyun üzrə 2 kvota; Quba-Xaçmaz zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Lənkəran zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Dağlıq Şirvan zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Aran zonası: hər komanda oyunu üzrə 2, hər fərdi oyun üzrə 2 kvota; Gəncə-Qazax zonası: hər komanda oyunu üzrə 2, hər fərdi oyun üzrə 2 kvota; Şəki-Zaqatala zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Dağlıq Qarabağ və Kəlbəcər-Laçın zonası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota; Naxçıvan Muxtar Respublikası: hər komanda oyunu üzrə 1, hər fərdi oyun üzrə 1 kvota müəyyən edilib. Bakı zonasına Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Pirallahı, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonları daxildir. Abşeron zonasına Sumqayıt şəhəri, Abşeron rayonu, Xızı rayonu daxildir. Quba-Xaçmaz zonasına Xaçmaz rayonu, Quba rayonu, Qusar rayonu, Siyəzən rayonu, Şabran rayonu daxildir. Lənkəran Astara rayonu, Cəlilabad rayonu, Lerik rayonu, Lənkəran rayonu, Masallı rayonu, Yardımlı rayonu daxildir. Dağlıq Şirvan Ağsu rayonu, İsmayıllı rayonu, Qobustan rayonu, Şamaxı rayonu, Ucar rayonu, Kürdəmir rayonu daxildir.
 
Aran Ağcabədi rayonu, Ağdaş rayonu, Beyləqan rayonu, Biləsuvar rayonu, Bərdə rayonu, Göyçay rayonu, Hacıqabul rayonu, İmişli rayonu, Mingəçevir şəhəri, Neftçala rayonu, Saatlı rayonu, Sabirabad rayonu, Salyan rayonu, Şirvan şəhəri, Yevlax rayonu, Zərdab rayonu daxildir. Gəncə-Qazax zonasına Ağstafa rayonu, Daşkəsən rayonu, Gədəbəy rayonu, Gəncə şəhəri, Goranboy rayonu, Göygöl rayonu, Qazax rayonu, Naftalan rayonu, Samux rayonu, Şəmkir rayonu, Tovuz rayonu daxildir. Şəki-Zaqatala zonasına Balakən rayonu, Qax rayonu, Qəbələ rayonu, Oğuz rayonu, Şəki rayonu, Zaqatala rayonu daxildir.
 
 
Yuxarı Qarabağ və Kəlbəcər-Laçın zonalarına Ağdam rayonu, Cəbrayıl rayonu, Füzuli rayonu, Xocalı rayonu, Xocavənd rayonu, Kəlbəcər rayonu, Qubadlı rayonu, Laçın rayonu, Şuşa rayonu, Tərtər rayonu, Zəngilan rayonu daxildir. Naxçıvan Muxtar Respublikasına Babək rayonu, Culfa rayonu, Kəngərli rayonu, Naxçıvan şəhəri, Ordubad rayonu, Sədərək rayonu, Şahbuz rayonu, Şərur rayonu daxildir.
 
Yerdə qalan zonalar üzrə seçmə mərhələsi Şəki-Zaqatala zonası üzrə Şəki şəhərində; Yuxarı Qarabağ və Kəlbəcər-Laçın zonaları üzrə Bakı şəhərində; Naxçıvan Muxtar Respublikası üzrə isə Naxçıvan şəhərində keçiriləcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024