12px13px15px17px
Tarix:14/07/14

Şirkətlərin yarısı mobil texnologiyalarda maraqlıdır

“Frost & Sullivan” şirkətinin ABŞ və Avropanın biznes nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə görə, yerli şirkətlərin yarısı mobil texnologiyaların yüksək effektivliyə malik olmasını etiraf edib.

Söhbət smartfon və planşetlər üçün proqram təminatından, “M2M” (Machine-to-Machine) sistemlərindən və mobil qurğuların idarə olunması həllərindən (Mobile Device Management, MDM) gedir.

Qeyd olunan texnologiyalar arasında korporativ mühitdə daha çox nüfuzetmə dərəcəsinə mobil əlavələr malikdir, lakin mütəxəssislərin proqnozuna görə, “MDM” və “M2M” məhsullarına yaxın iki ildə tələbat yüksək olacaq.

“Frost & Sullivan”nın baş analitiki Janin Sterlinqin sözlərinə görə, sahə üzrə bazarda üstünlük mobil həllərə verilsə də, ona daha çox diqqəti istehsal və maliyyə sektorlarının nümayəndələri yetirir. 2014-2016-cı illərdə telefon və planşetlərlə əlaqəli məhsullara tələbat dövlət və emal sənayesi sektorunda yüksək sürətlə artacaq.

“Gartner” analitikləri qeyd edirlər ki, təşkilatlar öz mobil istifadəçilərini dəstəkləmək üçün adətən mobil qurğuların idarə olunması həllərini tətbiq edirlər. Mobil əlavələrin yayılması, tələblərin genişlənməsi və müxtəlif kontent mənbələrinə çoxlu çıxışa ehtiyacın yaranması “MDM” sistemlərini funksional texnologiyalar dəstinə çevirərək inkişaf etdirir.

“Frost & Sullivan” əsas tendensiyalar arasında bunları qeyd edir: şirkətlər mobil əlavələri tətbiq edərək sistem inteqratorlarının və mobil operatorların dəstəyindən istifadə edir. Bu halda müəssisə və təşkilatların üçdə bir hissəsi öz həllərini yaratmağı deyil, kənar tərtibatçılarda proqram təminatını sifariş verməyi üstün tutur.  

“Bulud” texnologiyaları populyarlaşmaqda davam edir. Bu məhsullardan istifadə etməyə başlayan şirkətlərin 40 faizi öz korporativ mobil funksiyalarını “bulud” texnologiyalarına keçirib, 32 faizi yaxın üç ildə bunu etməyi planlaşdırır.   

J.Sterlinq əlavə edib ki, ABŞ şirkətləri avropalı həmkarları ilə müqayisədə mobil həllərdə daha çox maraqlıdır. Bu fərqin 2016-cı ilədək daha da çoxalması səbəbindən ABŞ bazarı Avropa ilə müqayisədə mobil məhsul tədarükçüləri üçün daha cəlbedicidir, - "DailyComm www.dailycomm.ru” yazır. 



Baxış sayı: 682

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024