Tarix:15/07/14
Nominasiyaları 7 kateqoriya üzrə müəyyən edilmiş “GEM-TECH” mükafatına həm qadın, həm də kişi mütəxəssislərin namizədliyi irəli sürülə bilər.
Tərəflərin əməkdaşlığının məhsulu olan qlobal mükafatın verilməsi bu sahədə gender bərabərliyinin təşviqi məqsədini daşıyır.
“www.itu.int/gem”-də onlayn nominasiya 5 sentyabr tarixindən 5 oktyabra - qaliblərin müəyyən edilməsinə qədər açıq olacaq. İKT sektorunda çalışan kişi və qadınlar öz həmkarlarını və ya öz namizədliklərini təklif edə bilərlər.
Qaliblər BTİ və BMT-nin Qadınlar Təşkilatının birgə ekspertlər komitəsi tərəfindən seçiləcək.
İllik “GEM-TECH” mükafatları hökumət, özəl sektor, elmi və vətəndaş cəmiyyəti, həmçinin beynəlxalq təşkilatlardan seçilmiş yeddi qalibə BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Fumzile Mlambo-Ngcuka və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture tərəfindən təqdim olunacaq.
Mükafatların təqdimat mərasimi 20 oktyabr - 7 noyabr tarixlərində Cənubi Koreyanın Seuldan sonra ikinci böyük şəhəri sayılan Busanda keçiriləcək BTİ-nin səlahiyyətli konfransı çərçivəsində təşkil olunacaq.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin sözlərinə görə, bu yeni mükafat innovasiya və effektiv İKT təşəbbüsləri sahəsində irəlidə gedən, kişi və qadınlardan ibarət gender çempionlarının dünyada tanıdılmasına xidmət edəcək: “İKT qadınların bugünkü və sabahkı həyatında fərq yaratmaq, eləcə də daha ədalətli dünya qurmaq üçün malik olduğumuz ən güclü alətdir”.
BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Fumzile Mlambo-Ngcuka da mükafatın təsis edilməsi təşəbbüsünü yüksək dəyərləndirib: “İKT bütün dünyada öz hüquq və səlahiyyətlərinin realizəsində qızlar və qadınlar üçün bir oyun dəyişdirici ola bilər və olmalıdır”.
“GEM-TECH” mükafatı BTİ və BMT-nin Qadınlar Təşkilatı arasında bağlanmış Anlaşma Memorandumunun ilkin nəticələrindən biridir. Sözügedən sənəd İKT sahəsi ilə məşğulluq, gələcək İKT siyasətinin qəbul edilməsində qadınların iştirakının artırılması, BMT-nin prioritet fəaliyyət sahələrində İKT gücünün təşviqi və davamlı inkişafı kimi məqsədləri, o cümlədən BMT agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi və s. istiqamətləri ehtiva edir.
Həqiqət İSABALAYEVA
Hamadun Ture: “İKT daha ədalətli dünya qurmaq üçün malik olduğumuz ən güclü alətdir”
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) ilə BMT-nin Qadınlar Təşkilatı (UN Women) texnologiyalar sahəsində gender bərabərliyi üzrə görkəmli işlər üçün yeni qlobal mükafatlar (Gender Equality Mainstreaming - Technology (GEM-TECH) Award) elan edib.Nominasiyaları 7 kateqoriya üzrə müəyyən edilmiş “GEM-TECH” mükafatına həm qadın, həm də kişi mütəxəssislərin namizədliyi irəli sürülə bilər.
Tərəflərin əməkdaşlığının məhsulu olan qlobal mükafatın verilməsi bu sahədə gender bərabərliyinin təşviqi məqsədini daşıyır.
“www.itu.int/gem”-də onlayn nominasiya 5 sentyabr tarixindən 5 oktyabra - qaliblərin müəyyən edilməsinə qədər açıq olacaq. İKT sektorunda çalışan kişi və qadınlar öz həmkarlarını və ya öz namizədliklərini təklif edə bilərlər.
Qaliblər BTİ və BMT-nin Qadınlar Təşkilatının birgə ekspertlər komitəsi tərəfindən seçiləcək.
İllik “GEM-TECH” mükafatları hökumət, özəl sektor, elmi və vətəndaş cəmiyyəti, həmçinin beynəlxalq təşkilatlardan seçilmiş yeddi qalibə BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Fumzile Mlambo-Ngcuka və Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Ture tərəfindən təqdim olunacaq.
Mükafatların təqdimat mərasimi 20 oktyabr - 7 noyabr tarixlərində Cənubi Koreyanın Seuldan sonra ikinci böyük şəhəri sayılan Busanda keçiriləcək BTİ-nin səlahiyyətli konfransı çərçivəsində təşkil olunacaq.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Hamadun Turenin sözlərinə görə, bu yeni mükafat innovasiya və effektiv İKT təşəbbüsləri sahəsində irəlidə gedən, kişi və qadınlardan ibarət gender çempionlarının dünyada tanıdılmasına xidmət edəcək: “İKT qadınların bugünkü və sabahkı həyatında fərq yaratmaq, eləcə də daha ədalətli dünya qurmaq üçün malik olduğumuz ən güclü alətdir”.
BMT-nin Qadınlar Təşkilatının icraçı direktoru Fumzile Mlambo-Ngcuka da mükafatın təsis edilməsi təşəbbüsünü yüksək dəyərləndirib: “İKT bütün dünyada öz hüquq və səlahiyyətlərinin realizəsində qızlar və qadınlar üçün bir oyun dəyişdirici ola bilər və olmalıdır”.
“GEM-TECH” mükafatı BTİ və BMT-nin Qadınlar Təşkilatı arasında bağlanmış Anlaşma Memorandumunun ilkin nəticələrindən biridir. Sözügedən sənəd İKT sahəsi ilə məşğulluq, gələcək İKT siyasətinin qəbul edilməsində qadınların iştirakının artırılması, BMT-nin prioritet fəaliyyət sahələrində İKT gücünün təşviqi və davamlı inkişafı kimi məqsədləri, o cümlədən BMT agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi və s. istiqamətləri ehtiva edir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1035
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır