Tarix:15/07/14
“ICTnews” xəbər xidmətinin “http://ria.ru” saytına istinadən verdiyi məlumata əsasən, pasient müayinə olduqdan sonra onun bədənində səpkilər aşkar olunub və həkimlər belə rəyə gəliblər ki, bu allergiya “iPad”ın istehsalında istifadə olunan nikelə qarşıdır.
Uşaq “iPad”dan 2010-cu ildən etibarən hər gün istifadə edib. Allergiyadan müalicə olunmaq üçün yeniyetmə steroid və antibiotiklər kursu qəbul etməlidir.
Son araşdırmaların nəticələri göstərib ki, insanlarda istehsalında nikel istifadə olunan elektron qurğulara, o cümlədən mobil telefon, noutbuk, smartfonlara, allergik reaksiyalara daha tez-tez rast gəlinir. Hazırda ABŞ-da uşaqların 25%-də nikelə qarşı allergiya aşkar olunur, halbuki on il bundan öncə bu göstərici cəmi 17 faiz idi.
“iPad”ın bütün modellərində və “Apple” şirkətinin digər məhsullarında nikelin olması haqda dəqiq məlumat yoxdur, lakin həkimlər hər ehtimala qarşı belə hallarda üzlükdən və ya plyonkadan istifadə etməyi tövsiyə edirlər ki, dəri ilə elektron qurğunun təması aradan qaldırılsın.
Aynur Vəliyeva
“iPad”a qarşı allergiya aşkar olunub
ABŞ-da 11 yaşlı oğlan uşağında “iPad”a qarşı allergiya aşkar olunub.“ICTnews” xəbər xidmətinin “http://ria.ru” saytına istinadən verdiyi məlumata əsasən, pasient müayinə olduqdan sonra onun bədənində səpkilər aşkar olunub və həkimlər belə rəyə gəliblər ki, bu allergiya “iPad”ın istehsalında istifadə olunan nikelə qarşıdır.
Uşaq “iPad”dan 2010-cu ildən etibarən hər gün istifadə edib. Allergiyadan müalicə olunmaq üçün yeniyetmə steroid və antibiotiklər kursu qəbul etməlidir.
Son araşdırmaların nəticələri göstərib ki, insanlarda istehsalında nikel istifadə olunan elektron qurğulara, o cümlədən mobil telefon, noutbuk, smartfonlara, allergik reaksiyalara daha tez-tez rast gəlinir. Hazırda ABŞ-da uşaqların 25%-də nikelə qarşı allergiya aşkar olunur, halbuki on il bundan öncə bu göstərici cəmi 17 faiz idi.
“iPad”ın bütün modellərində və “Apple” şirkətinin digər məhsullarında nikelin olması haqda dəqiq məlumat yoxdur, lakin həkimlər hər ehtimala qarşı belə hallarda üzlükdən və ya plyonkadan istifadə etməyi tövsiyə edirlər ki, dəri ilə elektron qurğunun təması aradan qaldırılsın.
Aynur Vəliyeva
Baxış sayı: 698
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır