Tarix:15/07/14
“Microsoft” direktoru Satya Nadellanın şirkətin missiyası haqda dərc etdiyi ilk müraciətində iyirmi dəfə “məhsuldarlıq” sözündən istifadə edib və şirkətin fəaliyyətinin effektivliyinin artırılmasına xüsusi diqqət yetirib.
“Microsoft”un rəhbəri bildirib ki, qarşıda qoyulan məqsədlərə nail olmaq üçün korporasiyaya daha az sayda işçi tələb oluna bilər.
S. Nadella dərc etdiyi müraciətdən sonra verdiyi müsahibədə bildirib ki, proqram təminatı yaradılmasında “bulud” üsullarının tətbiqi sayəsində mühəndislər arasında tərtibatçıların və testləyicilərin olması o qədər də vacib deyil. Onun fikrincə, hər iki məsələni eyni insanlar həll edə bilərlər.
“Microsoft” vaxtaşırı ayrı-ayrı bölmələrində ixtisarlar edir. Belə ki, 2012-ci ildə reklam və marketinq sahəsində çalışan bir neçə yüz nəfər işdən azad olunub.
Hazırda “Microsoft”da 127 min əməkdaş çalışır, onlardan 30 min nəfər “Nokia” ilə birləşmə nəticəsində şirkətə qoşulub. “Microsoft”la yanaşı, yaxın zamanda “Hewlett-Packard” şirkəti də bu ilin may ayında 16 min əməkdaşını işdən azad edəcəyini elan edib. Bundan öncə şirkət 34 min nəfər əməkdaşı ilə vidalaşıb.
Aynur Vəliyeva
“Microsoft” bir neçə min əməkdaşını ixtisar edəcək
“Microsoft” yaxın beş il ərzində bir neçə min işçisini ixtisar etmək niyyətindədir. “ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, şirkət bu xəbəri artıq bu həftə elan edə bilər. Bu ixtisarlar “Nokia”nın, marketinq və mühəndislik əməkdaşlarına aid ola bilər. Bu dəfə ixtisarlar daha genişmiqyaslı olacaq. 2009-cu ildə şirkət resessiyaya görə 5,8 min nəfəri işdən azad edib bu da ümumi ştatın beş faizi olub.“Microsoft” direktoru Satya Nadellanın şirkətin missiyası haqda dərc etdiyi ilk müraciətində iyirmi dəfə “məhsuldarlıq” sözündən istifadə edib və şirkətin fəaliyyətinin effektivliyinin artırılmasına xüsusi diqqət yetirib.
“Microsoft”un rəhbəri bildirib ki, qarşıda qoyulan məqsədlərə nail olmaq üçün korporasiyaya daha az sayda işçi tələb oluna bilər.
S. Nadella dərc etdiyi müraciətdən sonra verdiyi müsahibədə bildirib ki, proqram təminatı yaradılmasında “bulud” üsullarının tətbiqi sayəsində mühəndislər arasında tərtibatçıların və testləyicilərin olması o qədər də vacib deyil. Onun fikrincə, hər iki məsələni eyni insanlar həll edə bilərlər.
“Microsoft” vaxtaşırı ayrı-ayrı bölmələrində ixtisarlar edir. Belə ki, 2012-ci ildə reklam və marketinq sahəsində çalışan bir neçə yüz nəfər işdən azad olunub.
Hazırda “Microsoft”da 127 min əməkdaş çalışır, onlardan 30 min nəfər “Nokia” ilə birləşmə nəticəsində şirkətə qoşulub. “Microsoft”la yanaşı, yaxın zamanda “Hewlett-Packard” şirkəti də bu ilin may ayında 16 min əməkdaşını işdən azad edəcəyini elan edib. Bundan öncə şirkət 34 min nəfər əməkdaşı ilə vidalaşıb.
Aynur Vəliyeva
Baxış sayı: 618
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır