Tarix:16/07/14
İnvestisiya tələb edən sahələrin bir istiqaməti də innovasiya texnologiyaları ilə bağlıdır. Belə ki, isti iqlim regionlarında neft tullantılarının effektiv, səmərəli utilizasiyasını təmin etmək üçün texnologiyaların hazırlanması və tətbiqini nəzərdə tutan layihə 400 000,00 min rubl tələb edir. Layihə Rusiyanın Puşino şəhərində həyata keçiriləcək.
Digər layihə innovativ biotexnologiya məhsulu olan “NIKFAN”-la bağlıdır ki, bunun üçün də 1 hektara 180 rubl tələb olunur. Növbəti layihə dövlət əhəmiyyətli innovasiya layihəsidir. Layihə “Maqnezium” şifri - “Serpentinitlərdən və dunitlərdən maqneziumun oksidinin alınmasının kompleks texnologiyası” adlanır. Həmçinin “KuzbassPromResurs” layihəsi üzrə regional ekosistem və istehsala mənfi təsiri azaltmaq məqsədilə iri həcmli tullantıların, o cümlədən şinlərin təkrar istehsalını təşkil etmək tələb olunur.
Kemerovo şəhərində həyata keçiriləcək və dəyəri 101 600,00 min rubl olan bu layihənin şərtlərinə görə, sözügedən istehsal innovasiya texnologiyalarının tətbiqinə əsaslanmalıdır. Növbəti layihə Udmurt Respublikasında həyata keçiriləcək və onun dəyəri 610 000,00 min rubl təşkil edir. Bu layihənin məqsədi superkondensatorun hazırlanması və istehsalıdır.
Qeyd edək ki, Federasiyanın regionlarında investisiya layihələri həyata keçirmək marağında olan sahibkarlar Rusiyanın Regionların İnkişafı üzrə Nazirliyi İnvestisiya layihələri departamentindən Pavel Filatovla (tel.: (495) 980 25 47, dax.: 40030; e-poçt: pavel.philatov@minregion.ru) əlaqə saxlaya bilərlər.
Həqiqət İSABALAYEVA
Azərbaycanlı sahibkarlar Rusiyanın regionlarında innovasiya layihələrinə investisiya qoymağa dəvət olunurlar
Azərbaycanlı sahibkarlar Rusiyanın regionlarında investisiya layihələrində iştirak etməyə dəvət olunurlar. Bu barədə məlumat verən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) layihələrin istiqamətlərini əks etdirən siyahını da təqdim edib.İnvestisiya tələb edən sahələrin bir istiqaməti də innovasiya texnologiyaları ilə bağlıdır. Belə ki, isti iqlim regionlarında neft tullantılarının effektiv, səmərəli utilizasiyasını təmin etmək üçün texnologiyaların hazırlanması və tətbiqini nəzərdə tutan layihə 400 000,00 min rubl tələb edir. Layihə Rusiyanın Puşino şəhərində həyata keçiriləcək.
Digər layihə innovativ biotexnologiya məhsulu olan “NIKFAN”-la bağlıdır ki, bunun üçün də 1 hektara 180 rubl tələb olunur. Növbəti layihə dövlət əhəmiyyətli innovasiya layihəsidir. Layihə “Maqnezium” şifri - “Serpentinitlərdən və dunitlərdən maqneziumun oksidinin alınmasının kompleks texnologiyası” adlanır. Həmçinin “KuzbassPromResurs” layihəsi üzrə regional ekosistem və istehsala mənfi təsiri azaltmaq məqsədilə iri həcmli tullantıların, o cümlədən şinlərin təkrar istehsalını təşkil etmək tələb olunur.
Kemerovo şəhərində həyata keçiriləcək və dəyəri 101 600,00 min rubl olan bu layihənin şərtlərinə görə, sözügedən istehsal innovasiya texnologiyalarının tətbiqinə əsaslanmalıdır. Növbəti layihə Udmurt Respublikasında həyata keçiriləcək və onun dəyəri 610 000,00 min rubl təşkil edir. Bu layihənin məqsədi superkondensatorun hazırlanması və istehsalıdır.
Qeyd edək ki, Federasiyanın regionlarında investisiya layihələri həyata keçirmək marağında olan sahibkarlar Rusiyanın Regionların İnkişafı üzrə Nazirliyi İnvestisiya layihələri departamentindən Pavel Filatovla (tel.: (495) 980 25 47, dax.: 40030; e-poçt: pavel.philatov@minregion.ru) əlaqə saxlaya bilərlər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 585
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır