12px13px15px17px
Tarix:16/07/14

Qısa müddətdə mobil ofislər vasitəsilə 3000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib

Daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara göstərilən xidmətlərdə rahatlığın artırılması və sosial amillərin gücləndirilməsi məqsədilə mobil ofis xidmətləri təşkil edilib. Bu məqsədlə müasir avadanlıqlarla təchiz olunmuş xüsusi nəqliyyat vasitələri də alınıb.
 
Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) keçirilən 2014-cü ilin birinci yarımilliyində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədri Kərəm Həsənov məlumat verib.
 
Sədrin sözlərinə görə, komitə tərəfindən ünvanlarda qeydiyyat xidmətlərinin göstərilməsi daxil olan müraciətlər əsasında aprel ayının 4-də ilk olaraq Sumqayıt şəhərində həyata keçirilib: “Daxil olan müraciətlər əsasında indiyədək Bakı və regionlarda mobil ofislər vasitəsilə 3000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib”.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024