Tarix:16/07/14
“Azərkosmos”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Azərkosmos” ASC “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ikinci telekommunikasiya (Azərspace-2) peyki üçün orbital mövqedən birgə istifadəni, peykin layihələndirilməsi və orbitdə istismarı mərhələlərində texniki və əlaqədar olan digər növ əməkdaşlığı, peyk tutumlarının kommersiyalaşdırılmasını tənzimləyəcək müqavilələrin formalaşdırılması üzrə “Kənar hüquq məsləhət xidmətlərinin satınalınması”na dair açıq tender keçirir və qeyd edilən istiqamətlərdə təcrübəsi olan şirkətləri tenderdə iştirak etməyə dəvət edib.
Tenderdə iştirak haqqı 500 dollar təşkil edir. Tender təklifinin qüvvədə olma müddəti 60 gündür, xidmətin göstərilməsi müddəti – 2014-cü ilin sonunadək nəzərdə tutulub. Tender təklifi və bank zəmanəti avqustun 28-də saat 18:00-a qədər “Azərkosmos” ASC-yə (Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli küçəsi 72, 5-ci mərtəbə) təqdim edilməlidir. Tender proseduru avqustun 29-da saat 16:00 -da «Azərkosmos» ASC-nin böyük iclas zalında başlayacaq.
Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə tender komissiyasının sədri - Saməddin Əsədova “samaddin.asadov@azercosmos.az” elektron poçt ünvanına, +(994) 12 5650055 (daxili 111) telefon nömrəsinə, satınalmalar üzrə baş mütəxəssis - Arzu Quliyevaya – “arzu.guliyeva@azercosmos.az”, hüquq şöbəsinin böyük hüquqşünası - Arzu Məmmədovaya – “arzu.mammadova@azercosmos.az” müraciət etmək olar.
Aynur Vəliyeva
“Azərkosmos” Azərbaycanın “Azərspace-2” peykinin orbitə çıxarılması ilə bağlı tender elan edib
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti “Kənar hüquq məsləhətçi xidmətlərinin satınalınması”na dair açıq tender elan edib.“Azərkosmos”dan “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Azərkosmos” ASC “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ikinci telekommunikasiya (Azərspace-2) peyki üçün orbital mövqedən birgə istifadəni, peykin layihələndirilməsi və orbitdə istismarı mərhələlərində texniki və əlaqədar olan digər növ əməkdaşlığı, peyk tutumlarının kommersiyalaşdırılmasını tənzimləyəcək müqavilələrin formalaşdırılması üzrə “Kənar hüquq məsləhət xidmətlərinin satınalınması”na dair açıq tender keçirir və qeyd edilən istiqamətlərdə təcrübəsi olan şirkətləri tenderdə iştirak etməyə dəvət edib.
Tenderdə iştirak haqqı 500 dollar təşkil edir. Tender təklifinin qüvvədə olma müddəti 60 gündür, xidmətin göstərilməsi müddəti – 2014-cü ilin sonunadək nəzərdə tutulub. Tender təklifi və bank zəmanəti avqustun 28-də saat 18:00-a qədər “Azərkosmos” ASC-yə (Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1000, Ü.Hacıbəyli küçəsi 72, 5-ci mərtəbə) təqdim edilməlidir. Tender proseduru avqustun 29-da saat 16:00 -da «Azərkosmos» ASC-nin böyük iclas zalında başlayacaq.
Tender barədə əlavə məlumat almaq üçün “Azərkosmos” ASC-yə tender komissiyasının sədri - Saməddin Əsədova “samaddin.asadov@azercosmos.az” elektron poçt ünvanına, +(994) 12 5650055 (daxili 111) telefon nömrəsinə, satınalmalar üzrə baş mütəxəssis - Arzu Quliyevaya – “arzu.guliyeva@azercosmos.az”, hüquq şöbəsinin böyük hüquqşünası - Arzu Məmmədovaya – “arzu.mammadova@azercosmos.az” müraciət etmək olar.
Aynur Vəliyeva
Baxış sayı: 727
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı